Suqovuşan adının bərpası Milli Məclisdə təsdiqlənd
Milli Məclis Azərbaycan Ordusu tərəfindən erməni işğalından azad edilən Madagiz kəndinin Suqovuşan adlandırılmasını təsdiq edib.
Kanal24 xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi səsə qoyularaq qəbul edilib.