KANAL24.AZ
Az Iw En Ru

“İtaliya günü” qeyd edilib

Oktyabrın 30-da Bakının 132-134 nömrəli Təhsil Kompleksində “İtaliya günü” keçirilib.
Əvvəlcə Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Kanal24.az xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb.
Eyni zamanda, bir il bundan əvvəl reallaşdırılmasına başlanılmış “Gələcəyin məktəbi” adlı çoxmədəniyyətli və çoxdilli təhsil layihəsi barədə məlumat verilib.
Xarici dillərin öyrənilməsinin vacibliyini xatırladan direktor rəhbərlik etdiyi təhsil müəssisəsində italyan dilinin tədris edildiyini söyləyib.
İtaliyanın Bakıdakı səfiri Ciampaolo Kutillo öz ölkəsi ilə Azərbaycan arasındakı təhsil əlaqələrinin genişlənəcəyinə əminliyini vurğulayıb.
Səfir Təhsil Kompleksində italyan dilinin tədris olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti Paola Kazaqrande məktəbdə həyata keçirilən müvafiq layihənin uğurlu nəticələri olacağına inamını ifadə edib.
Tədbirdə şagirdlər italyan dilində mahnılar ifa edib, şeirlər söyləyiblər.
Sonra qonaqlar məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
 


03:52 31.10.2014