"Milli Məclisin deputatı, Xocalının sabiq icra başçısı Elman Məmmədovun nəvəsi hazırda şiddətli döyüşlərin getdiyi ön cəbhədə düşmənə qarşı vuruşur".
Bu fikirləri deputat Elman Məmmədov AzTV-də canlı yayımda çıxışı zamanı bildirib.
Elman Məmmədov nəvəsinin ön cəbhədə hərbi xidmət etməsindən qürur hissi keçirdiyini söyləyib:
"Mən bunu heç yerdə deməmişəm. Hazırda döyüşlərin getdiyi cəbhə bölgələrindən birində mənim də nəvəm xidmət edir. Mən buna görə çox fəxr edirəm. Allah bütün əsgər balalarımızı qorusun!".