Etibar Əliyev,
Milli Məclisin üzvü
Belə vəziyyətdə və bundan öncə də bütün xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirib. Dövlətimizin başçısının bütün auditoriyalarda etdiyi çıxışlar bizi ruhlandırır. Ölkədə hərbi vəziyyətin elan olunması bizim haqq işimizin xeyirinədir və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərlə uzlaşır. Ön cəbhə ilə arxa cəbhə üzvi surətdə bağlı olmalıdir. Xalqın həmrəyliyi göz önündədir. Belə günlərdə hamı həmrəyilik və birlik nümayiş etdirib bir mövqedən çıxış etməlidir.
Tarix göstərir ki, Azərbaycan xalqı birləşməyi bacaran xalqdır. Düşmənin məkrli, alçaq, hiyləgər niyyəti bizim birliyimizi daha da möhkəmləndirməlidir. Lazım olsa bizim hər birimiz gedib cəbhədə vuruşub canımızı qurban verməyə hazırıq. Vətənimizin parçalanması səbr kasamızı daşdırıb.
Uzun illərdir Qarabağımızdan ayrı düşməyimiz bizi sarsıldıb. Yetər! Erməni həyasızlığına və qaniçənliyinə son qoymalıyıq. Ali Baş Komandanın çıxışındakı optimist notlar Qarabağ Azərbaycandır! çağırışını ruhumuza hopdurur. Bizim işimiz haqq işidir və qələbə bizimlə olacaq. Biz bunu hiss etməklə yanaşı, həm də yaşayırıq. Və Qarabağda yaşayacağıq...