KANAL24.AZ
Az Iw En Ru

Təhsil Nazirliyində Anlaşma Memorandumu imzalanıb

Oktyabrın 30-da Təhsil Nazirliyində bu qurum ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində təhsil naziri Mikayıl Cabbarov və ASK-nin prezidenti Məmməd Musayev çıxış ediblər. İki qurum arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sonra əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi M. Cabbarov və M. Musayev imzalayıblar.


21:47 30.10.2014