Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçılarının törətdiyi dağıntılar zamanı Azərbaycan Respublikasının Milli Məclisinə ümumilikdə 22 150 manat məbləğində maddi ziyan dəyib.
Bu barədə Kanal24-ə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, ötən gecə Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, Parlamentin əmlakına və inventarına ziyan vurub.