KANAL24.AZ
Az Iw En Ru

Milli Məclisdə koronavirus həyəcanı - İclas TƏXİRƏ SALINDI

İyunun 21-də gün ərzində Milli Məclisin (MM) deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq.

MM Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi Kanal24-ə bildirilib ki, bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib.

Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.

17:30 22.06.2020