Kapital Bank pandemiya dövründə sahibkarlara dəstək göstərmək, həmçinin iqtisadi subyektlərin bank xidmətləri üzrə xərclərinin azaldılması məqsədi ilə POS terminal komissiyalarını aşağı salıb. Güzəşt müddəti 30 sentyabr 2020-ci il tarixinədək davam edəcək.
Kanal24 xəbər verir ki, şərtlərə görə Kapital Bank-ın e-commerce və POS terminallarında həm Kapital Bank-a məxsus kartlar, həm də digər bankların kartları üçün hazırda tətbiq olunan komissiya faizinə 50%-dək endirim tətbiq edilir. Bunu etməklə Bank, hər zaman sahibkarları dəstəklədiyini, vəziyyətdən asılı olmayaraq optimal şərtlər təqdim etməsini bir daha sübut edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.