KANAL24.AZ
Az Iw En Ru

Polkovnikin avtomobili cərimə meydançasına aparıldı

Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılovun başına xoşa gəlməz hadisə gəlib. 

 

Kanal24 aznews.az-a istinadən xəbər verir ki, o, avtomobilini idarə edərkən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, sərt cəzalanıb. 

Buna səbəb polkovnikin sərxoş halda idarə etməsi olub. 

Keçmiş rəis əvvəlcə yol polislərinin onu saxlamasına etiraz edib, hətta onlara hədə-qorxu da gəlib. Bütün bunlara baxmayaraq, polkovnikin qayda pozuntusu protokollaşdırılıb və onun idarə etdiyi 10- RP-400 dövlət nömrə nişanlı “Toyota Cəmry” markalı avtomobili cərimə meydançasına aparılıb. 

Qeyd edək ki Məmməd Mikayılov DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub. 

O, yanvarın 29-da küçə ticarəti ilə bağlı verdiyi nöqsanlara görə Daxili İşlər naziri Ramil Usubovun əmiri ilə vəzifədən azad edilib.


05:54 06.10.2014