Dünya bazarında neftin qiyməti 18 martdan azalmaqda davam edir. Koronavirus pandemiyası səbəbindən xammala tələbatın azalacağı qorxu yaradır.
ICE birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,5% ucuzlaşaraq, bir barel üçün 27.93 dollara düşüb. Bu, 2016-cı ilin yanvar ayından bəri minimum göstəricidir.
WTI markalı neftin qiyməti 3,93% azalaraq, bir bareli 25,93 dollara enib.
Xam neft istehsalının azalması və bununla bağlı ən böyük ixracatçılarda, xüsusilə Səudiyyə Ərəbistanında satış qiymətlərinin aşağı düşməsindən sonra OPEC+ sazişinin pozulması neftin kotirovkasının enməsinə səbəb olub.