KANAL24.AZ
Az Iw En Ru

"LAL" orqanın səs-küylü problemləri (FOTO)

Qaraciyər qarın boşluğunda böyük hissəni əhatə edən ən böyük daxili orqandır. Qaraciyərin milyardlarla hüceyrəsi daimi olaraq orqanizmin daxili mühitinin təmizliyini və sabitliyini qoruyub saxlamaq üçün bir çox funksiyaları yerinə yetirir. Bu funksiyalardan ən vacibi dezintoksikasiyadır. İmmun sistemin işi, orqanizmin xəstəlik və infeksiyalara qarşı dözümlülüyü qaraciyərdən asılıdır. Bizim cavanlığımız və gözəlliyimiz qaraciyərin işi ilə birbaşa əlaqəlidir.

Qaraciyərin əsas funksiyaları. Qaraciyərin əsas vəzifəsi – zəhərli, digər orqanlar üçün təhlükəli olan maddələrin qan axınına buraxılmasının qarşısını almaqdır. Gün ərzində qan qaraciyərdən 300-400 dəfə filtr olunur. Hər gün qaraciyərimiz zərərli maddələrlə mübarizə aparır. Qaraciyər etil spirti, dərman maddələri, qida rəngləyiciləri, konservantlar, mikrob toksinləri, viruslar, maşın tüstüsü və ağır metallar kimi maddələrlə mübarizə aparmalı olur.

Ətraf mühit, siqaret çəkmə, alkoqollu içkilər, qidalanma, dərmanların qəbulu qaraciyər xəstəliklərinin yaranmasının əsas səbəblərindəndir.

Qaraciyər xəstəliklərinin əsas simptomları. Biz tez-tez eşidirik: “Mənim qaraciyərim sağlamdır, çünki ağrımır.” Qaraciyər həqiqətən ağrımır. Qaraciyərin daxilində sinir ucları olmadığından qaraciyər xəstələndiyi zaman biz ağrını hiss etmirik. Əgər qaraciyər boyüyübsə, biz sadəcə ağrı və diskomfort hiss edirik.

Sağ tərəfdə ağrı öd kisəsi və mədəaltı vəzi problemlərindən xəbər verir. Qaraciyər isə hətta dağıldığı zaman belə dözür və “susur”. Yalnız 8% insanlarda qaraciyərin işinin pozulmasının erkən əlamətləri əmələ gəlir. Qaraciyər detoksikasiyanın öhdəsindən gələ bilmədiyi halda toksinlər orqanizmdə toplanaraq dövr edir və orqanizmin bütün sistemlərinə, xüsusən də baş beyin hüceyrələrinə mənfi təsir göstərir. Buna görə də qaraciyər zədələnməsinin ilkin siqnalı sağ tərəfdə ağrı deyil, diqqətin, hərəki reaksiyaların, müvazinətin və düşünmənin pozulmasıdır.

Qaraciyər xəstəliklərinin profilaktikası. Əgər siz qaraciyər zədələnməsindən şübhələnirsizsə və ya qaraciyər xəstəliklərinin yaranmasının qarşısını almaq istəyirsizsə öz həyat tərzinizə nəzər yetirməlisiniz. Düzgün qidalanma, ümumi möhkəmləndirici terapiya qaraciyər xəstəliklərinin yaranma riskini kifayət qədər azaldır. Qaraciyəri möhkəmləndirmək və zədələnmiş qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirmək üçün hepatoprotektorlardan istifadə etmək olar. Sağlam qaraciyər dolğun həyatın və yaxşı əhval-ruhiyyənin təminatçısıdır!

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.

  • "LAL" orqanın səs-küylü problemləri (FOTO)
  • "LAL" orqanın səs-küylü problemləri (FOTO)
  • "LAL" orqanın səs-küylü problemləri (FOTO)
 
  • "LAL" orqanın səs-küylü problemləri (FOTO)
  • "LAL" orqanın səs-küylü problemləri (FOTO)
  • "LAL" orqanın səs-küylü problemləri (FOTO)
 
 

19:08 11.11.2019