KANAL24.AZ
Az Iw En Ru

Diabet xəstələri üçün ideal səhər yeməyi

 
Kanadanın Britaniya Kolumbiyası Universitetindən olan alimlər çox yağlı və az karbohidratlı səhər yeməyinin ikinci tip diabet xəstələrinə gün ərzində qlükoza səviyyəsini nəzarətdə saxlamağa imkan verəcəyini aydınlaşdırıb.
 
Tədqiqatçılar könüllülərin üzərində iki günlük eksperiment keçirib. Onlara səhər yeməyinə birinci gün omlet, ikinci gün meyvəli yulaf yarması verilib. Nəzarət günlərində verilən digər yeməklər isə eyni olub. Eksperiment iştirakçılarının bədənlərinə quraşdırılan cihazlar hər 5 dəqiqədən bir qanda olan şəkər səviyyəsini qeydə alıb.
Sınaq zamanı yağlı və az karbohidratlı səhər yeməyi – omletin diabet xəstələrində qida qəbulundan sonra yaranan şəkər artmasının qarşısını almağa kömək etdiyi məlum olub. Bununla yanaşı, həmin effekt bütün gün ərzində müşahidə edilib. Bu nəticə alimlərin özü üçün də gözlənilməz olub.
 
"Biz hesab edirdik ki, maksimum 10 faiz karbohidratdan ibarət səhər yeməyi qanda şəkər artımının qarşısını alacaq, lakin qlükozanın ümumi nəzarət və sabitlik effekti bizim üçün gözlənilməz oldu. Az karbohidratlı və bol yağlı məhsulların rasiona daxil edilməsi böyrək, göz və damarlar üçün çox təhlükəli olan şəkər artmasından yayınmağın ən asan vasitəsi hesab edilə bilər”, - deyə tədqiqatın müəlliflərindən biri Conatan Littl bildirib. 

04:18 14.04.2019