KANAL24.AZ
Az Iw En Ru

Banklar QHT nümayəndələrindən artıq pul alır

Azərbaycan Parlamentinin deputatı Azay Quliyev bankları QHT-lərə qarşı qanunsuzluqda günahlandırdı.

Kanal24.az-ın məlumatına görə, Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri A.Quliyev parlamentin bugünkü iclasında bankları tənqid edib.

Millət vəkili deyib ki, bəzi banklar öz müştəriləri arasında ciddi fərq qoyur, QHT-lərdən ağlasığmaz dərəcədə yüksək xidmət haqqı tələb edirlər: “Əgər hansısa xidmət üçün digər müştərilərdən 1 manat 50 qəpik tələb olunursa, QHT-lərdən 100 manat, bəzən isə 1000 manat xidmət haqqı tələb edilir. Bu, açıq-aşkar qanunsuzluqdur və məsələyə yüksək səviyyədə münasibət bildirilməlidir”.


22:35 28.10.2014