“Barselona”nın qapıçısı Kladio Bravo İspaniya La Liqasının tarixinə düşüb.
Kanal24.az xəbər verir ki, La Liqanın son turunda “Rayo Valekano” ilə oyunda qapısını toxunulmaz saxlayan qolkiper bu seriysını 7-ə çatdırıb.
Bununla da o, La Liqa tarixində ən uzun müddətli “quru” seriyasının müəllifi olub. Onun seriyası 630 dəqiqəyə çatıb.
Bundan əvvəlki rekord da Kataloniya klubunun qapıçısına məxsus olub. 1977/78 mövsümündə “Barselona”nın qapıçısı Pedro Mario 6 oyun, 561 dəqiqə qapısında qol görməyib.