![](/upload//2023/07/06/3839201_3.png)
![](/upload//2023/07/06/3839201_3.png)
ATV-nin prezidenti Azər Xəlilov kanala yeni vitse-prezidentin təyin edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
O, açıqlamasında qeyd edib ki, sözügedən vəzifəyə heç bir təyinat olmayıb:
"Qurban Səlimovun vitse-prezident postuna gətirilməsi ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil. Doğrudur, o, ATV-də işləyir, hazırda kanalın baş prodüseridir".