KANAL24.AZ
Az Iw En Ru

Deputat seçiciləri ilə görüşüb

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirib.

Millət vəkili gənclərin sayca üstünlük təşkil etdiyi görüşdə iştirak edən Şirvan sakinlərinin müraciət və şikayətlərinə baxıb, onların üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.

Görüşdə A.Quliyev Şirvanda həyata keçiriləcək layihələrin daha çox gəncləri əhatə etməsi istiqamətində irəli sürülən təklif və təşəbbüslərin araşdırılacağını və onların reallaşması üçün müvafiq addımlar atacağını bildirib.

Görüşün sonunda millət vəkili gənclərin suallarını cavablandırıb.


03:21 24.10.2014