Əziz və hörmətli oxucular! Məlumunuz olsun ki, bir çox islam alimləri,ruhanilər,ilahiyyətçilər və savadsiz mollalar insanlarda belə təsəvvür yaradıblar ki,İmam Mehdi göydən gələcək, nə zaman və necə zühur edəcəyi isə məlum deyil. Belə yalnış fikirlərlə insanların inamını alt-üst edərək imamın gəlməsini şübhə altına almiş olurlar. Əslində isə bəşər yaranan gündən heç bir peyğəmbər, nə də imam göydən gəlməmişdir,hamısı da yerdə ana bətnində doğularaq ağrı-acılar çəkərək inamsızlıq, haqqsızlıq və ədalətsizliklərə məruz qalaraq, imansız və inamsız insanların ittihamı ilə üzləşmişlər. Bəşərin xilaskarı imam Mehdi Sahib-əz-Zamanın.indiki zamanda qızıl əsrdə(dolça erası)gələcəyini Musa, İsa, Yaqub, Davud, İdris, İlyas və Yusif peyğəmbər kimi Məhəmməd peyğəmbər də 300-dən çox əlamətlərini hədislərində bütün detallarını incəliklərinə qədər xəbər vermişdir. Fiziki cizgiləri, nişanələri yaşadığı ərazi,atasının,anasının adı,soyadı,nəsilinin adı,səmavi kitablarda və hədislərdə qeyd edilmişdir. Hədislərdə onun dəniz kənarında məskunlaşmasını,ən uca bayrağın ucaldığı yerdə,yararsız torpağların canlanması da təsvir olunmuşdur. Hətta şəhərə girişdə dənizin altında quru yol çəkiləcəyi,Mehdinin getdiyi yolların genişlənməsi və abadlaşmasından da bəhs olunur. Zühur edən zaman tək bir qardaşının yanında olması,atasının həyatda olmaması,anasının yataq xəstəsi olması,Mehdi başqa şəhərdən səfərdən qayıdarkən şəfa tapması,ətrafındakıların onu dəli zənn etməsi, ondan ayrılarkən rişxənd edərək ona gülmələri,onu bütün sübut dəlillərinə ramən taniya bilməmələri,yeriyəndə ayaqlarını yana atması(şikəslik əlaməti),diz qapağının önə çıxması,topuqlarının nazik olması,ərəb dilini bilməməsi,Dolça bürcü altında doğulması,bəni İsrailə bənzəməsi,qəzəbli olması,ayələri,aşkər etməsi,hamının nəzər diqqətini çəkməsi,bəlalardan qurtulması,həbsxana həyati yaşaması,ağrı-acılar çəkməsi,geniş çərçivədə fəaliyyət göstərməsi,seyid olması,elminin Allahdan olması,gələcəkdən xəbər verməsi,xəstələrə şəfa verməsi kimi yüzlərlə özəllikləri peyğəmbər hədislərində öz əksini tapmışdır.Allah,Rəsulullaha vəhy göndərmiş ki, “Kim ona itaət etsə,mənə itaət etmiş kimidir,kim onu inkar etsə məni inkar etmiş kimidir.Onu inkar edənlərin hamısını məhv edəcəm.Mən onu sevdim sən də onu sev,onu sevib ona dəstək olanlara cənnəti bəxş edəcəyəm.Hz Mehdi 14 məsum arasında parlayan ulduz kimidir.İlk zamanda iman nuru ilə onu çox az insan tanıya biləcəkdir”.Peyğəmbər (s.ə) Mehdi Sahib-əz-Zaman ağanı bir kitaba belə sığmaz o qədər çox sayda detalları ilə təsvir etmişdi ki,ona inanmamağın nə qədər böyük günah olduğunu təsərvvür etmək belə mümkün deyil.
İmam H.z Mehdi Sahib-Əz-Zamanın indiki zamanda zühur edəcəyini açıq şəkildə bildirən peyğəmbər hədisləri:
Hündür binaların və minarələrin ucaldılması,kütləvi qırğınlar, uşaqların valideyinin üzünə ağ olması,özbaşınalığın baş alıb getməsi,ədalətsizliyin son həddə çatması,haramın halal,halalın isə haram kimi qəbul olunması,yalanın doğru,doğrunun isə yalan sayılması,hakimiyyətə qarşı üsyanlar,Qarabağın işğalı, SSRİnin dağılması,İraqda 15 min qoşunun səhrada yoxa çıxması,Əfqanıstanın işğalı,Misir hadisələri,Suryadakı qətlyanlar və sairə.Artıq yüzlərlə bu və ya digər hadisələr açıq səkildə özünü doğrultmuşdur.Keçən il isə hədislərdə deyildiyi kimi göydən əl uzandı,ay və günəş tutulması bir gündə baş verdi,quyruqlu ulduz doğdu və planetlərin paradı oldu.Bütün bunlar bəşər xilaskarının artiq zühur edəcəyinə işarələrdir.Peyğəmbərimiz söyləmiş:bu təbiət hadisələri baş verdikdə Mehdini arayın, qar üstündə sürünə-sürünə də olsa onun ardınca gedin,siz onu öz uşaqlarınızı tanıyan kimi tanıyacaqsınız.Hədisdə bəhs olunur ki,Beytul-Həmd Sahib-əz-Zamana məxsus bir evdir.Hədislərdə qeyd olunur ki, Mehdi Hz.Fatimənin nəslindəndir,rəngi ağ,qırmızıyameyillidir,orta boyludur,alnı acıqdır,budları,çiyinləri və qarnı genişdir.Musa peyğəmbərdə olduğu kimi parlaq ulduzu xatırladan göy xala malikdir.Həmçinin bədəninin müxtəlif yerlərində qara,qəhvəyi və ət xalları olacaqdır.Alnı çapıqdır,başında,sağ qolunda,diz qapağının altında,çiyinləri arasında düymə boyda işarə,sinəsi yarıq,sağ yanında isə reyhan yarpağı boyda bir nişanə həmcinin yanıq izi vardır.Ayaqlarının yanığı,başındakı çapıqlar və sağ qolubdakı nişanə də incildə xəbər verilən dünyanın knyazındakı əlamətlərlə üst-üstə düşür.Belə ki,dünyanın knyazı,dünyanın ağası,dünyanın sahibi zamanın sahibi,yəni Sahib-əz-Zamana işarə olunur.Dünyanın knyazının və Qalib gələnin dəmir əsalarla gələcəyini,həm İsa peyğənbər,həm də Nostradamus açıq şəkildə söyləmişdir.Şeyx Abbas Qumi də Sahib-əz-Zaman kitabında hədislərə istinadən Hz.Mehdinin Xəzra adasında məskunlaşdığını yazdıqda xəzar,yəni Xəzərin yarımadasına işarə etmişdir.Hədislərdə qeyd olunur ki, bumu Mehdi olacaq söyləyəcəklər dedikdə,yəni bu heç öz yerişini yeriyə bilmir deyəcəklərinə işarə olunur.Hədislərdə Onu lağa qoyub gülənlərin şiddətli cəzalara məruz qalacağından da geniş bəhs olunur.Onun qara Köydən çıxmağı,İstanbulda və Məkkədə zühur edəcəyi də qeyd olunur.Belə ki, Nostradamus da Mehdinin (Messiya) Qərbi Azərbaycandan çıxıb Rusiyanı dolaşaraq dəmir əsalarını İstanbulda atacagını yazmişdır.Hədislərdə Mehdinin əl-ayağı zəncirlənəcək ifadəsi,dəmir əsalarla gəzəcəyi anlamına gəlir ki, ona çatacaq 3 müqəddəs əşyalardan möhür,ələm və əsanın olması da bunu təstiq edir.Topuqlarının nazik olması isə onun beldən aşağı iflic olması, bu da onuruğa sütununun qırılması anlamına gəlir.Onun 2 ya 3 qardaşı olacaq,adları ardı-ardına bir-birinə uyğun gələcək,övladları 3 ya 4 olacaq.Həmiddən doğulacaq ona şairlər şerlər həsr edəcək,mahnılar bəstələnəcək,çox zaman evində fəaliyyət göstərəcək,ali savadı olmayacaq,geyimi parlaq olacaq və lider görkəmində olacaq,həmişə doğru söyləyəcək,zühuruna qədər ona inanmayacaqlar.Bütün peyğəmbərlərdə olduğu kimi onun da sağ əlinin üstndə xal aşkar olunacaqdır.Sol diz qapağı önə çıxdığı üçün sağ əlini sol dizinə vuracaqdır.Bütün məhkəmə çəkişmələrindən qalib ayrılacaqdır.Yaşadığı bölgənin insanları kasıb olacaqdır.Uşaq ikən bir heyvan caynağından alnından yara izi aşkar olunacaq.Dördkünc çərçivədə 300-ədəd sənəddə Mehdinin mörh və imzası ilə sənəd mövcun olacaq.Onu küfr etməkdə ittiham edəcəklər,çox ağrı acılar çəkəcək.
Sahib-əz-Zamanın indiki zamanda zühur edəcəyini doğruldan hədislərdən biri də hamı onu öz dilində eşidəcək,evində oturan yerdə görə biləcək anlamıdır ki,televizya və internet dövrünə işarə olunur.İnsanlar onun sayəsində kamilləşəcək,müharibələr dayandırılacaq ,sülhə nail olunacaq,təriqətlər ləğv olunacaq,islamda birlik hökm sürəcək və nəhayət dünyada ədalət bərqərar olacaq.Allah öz mərhəmətini bəşər övladından əsirgəməyəcək.Bunlar insanların imam Mehdi Sahib-əz-Zamana iman gətirdikdən sonra baş verəcəkdir.Həzrəti Mehdinin ləqəblərindən biri Bəqiyyətullah-Allahın saxladığı deməkdir ki,onun ölümlərdən xilas olunmasına bir işarə olunur.Allah Hz.Mehdiyə toxunanları bir-bir məhv edəcəyini bildirmişdir.Hədislərdə seyyid Xorasani və Şuaybdan da bəhs olunur.Hər ikisi hazirda İranda Mehdi ordusunun təşkilatçısı və komandanıdırlar.Xorasandan çıxan Qara Fatmalılar nəslinin və qara bayraqlıların da ismi hallanır.Hz.Məhəmməd Mehdinin adının sirr saxlayacağı əmirini Allahdan aldığı üçün Hz.Əliyə belə söyləməmişdir.Ancaq adının adına,atasının adının isə öz atasının adına uyğun gələcəyini bildirmişdir.Bir ləqəbi Qaim-haqq uğrunda ayağa qalxan deməkdir.Şərid-uzaqlaşdırılmiş deməkdir,xalq o cənabı nə tanıyıb,nə qədrini bilib,nə də şükr məqamında haqqını əda edib.Qərim-yəni həm borclu,həm də borcunu tələb edən deməkdir.Maun Məin-yəni yer üzündən axan aşkar su deməkdir.Bu ləqəb də onun xalq arasında dolaşaraq fəaliyyətdə olmasına işarədir.Hüccətullah isə Allahın məxluqlarının qələbə və səltənəti deməkdir ki, qələbə çalan,yəni qalib gələn anlamına gəlir.Bu haqqda səmavi kitablarda çox sayda sübut dəlillər vardır.Onun da Hz.Musa kimi xilas olunacağı da qeyd olunur.Peyğəmbərlərdən ən çox Hz.İbrahim,Hz.İsa,Hz.Musa,Hz.yusif və Hz.Məhəmməd(s.ə) peyğəmbərə oxşarlığından bəhs olunur.Hz.Fatimənin lövh hədisində yazılır:Sahib-əz-Zamanda Adəmin kamil sifətləri,Huhun aramlığı,İbrahimin həlimliyi,İdrisin rütbələri,İsanın dəyəri,Musanın şiddəti,Süleymanın elmi və Əyyubun səbri olacaqdır.Hz.İbrahim kimi öz oğlunu Allaha qurban deməsi və atəşin ona sərin olunması və həyat yoldaşının oğlu ilə birlikdə qərib düşməsindən bəhs olunur.Hz.Məhəmmədin bayrağı onda olacaq deyildikdə ona çatacaq ələm nəzərdə tutulmuşdur.Ön dişinin qabaqdan aralı olması,peyğəmbərin dişinin döyüşdə sındırılması ilə,alnındakı çapıq,başındakı əlamət,sinəsinin yarığı və xalı da onunla üst-üstə düşür.Hz.Peyğəmbəri dəli şair adlandırdıqları kimi Hz.Mehdini də həm dəli həm də şair adlandıracaqlar.Musanın xilas olunması,əsa ilə gəzməsi və qəzəbli olması da Onunla üst-üstə düşür.Əyyubun səbri deyildikdə isə Mehdinin də ağrı-acılara dözərək səbr edib sona qədər Allaha sadiq qalacağından bəhs olunur.Ən çox isə Hz.Yusifə bənzərliyi hədislərdə xüsusilə qeyd edilmişdir.belə ki,Yusifi qardaşlarının onu qəbul etməyərək tanımadıqları kimi onu da ilk zamanlarda qəbul etməyəcəklər(kimliyini həzm etmədikləri kimi)Züleyxanın ona şər atdığı kimi bir qadın tərəfindən ona böhtan atılacağı,onun kimi həbsxanaya düşəcəyi,öncəgörmələri,onun kimi başqa bir ölkədə vətəndən ayrı yaşayacağı,quyunun dibinə atıldığı kimi təhlükədən xilas olunacağı,imansızlar tərəfindən satılacağı və sonda dövlət başçısı tərəfindən qiymətləndirilərək yüksək məqamlara çatacağı da xüsusilə qeyd olunmuşdur.
İmam Zaman ağa zühur etdi
(Peyğəmbər hədisində sinirlərin Hz.Mehdi sayəsində açılacağını nəzərə alıb Qarabağın işğaldan azad olunmasını istəyirsinizsə bu məlumatları ölkə başcısına və xalqa catdırın.) İdeal Sülhün Təbliği Fondunun sədr müavini, “Qalib Sultanlar” qəzetinin baş redaktoru şair-publisist I qrup əlil Kazım Həmid oğlu Əzizov Beynəlxalq mətbuat mərkəzində jurnalistlər üçün mətbuat konfransı keçirtdi. Qaradağlının işğalının onun doğum günü ilə üst-üstə düşməsini onun da həm fiziki, həm də mənən yandığı ilə izah etdi. Belə ki, Kazım Əziz əslən Qərbi Azərbaycandan olub, babasının ləqəbinin Qara Bayram, nəslinin adı Qara Fatiməlilər, ocaqlarının Qara Seyid, adaşının Qara Bəkir Kazım Paşa olmasını Qarabağla balılığı ilə izah etdi. Əslinin bir tərəfdən türk olması, qədim torpaqlarımızın türk sərkərdəsi tərəfindən azad olunmasının heç də təsadüf olmadığını ortaya qoydu.Xocalı faciəsində də axıdılan qanların sağ sinəsinin yarılaraq töküldüyü qanla əlaqədər olduğunu bildirdi.Çünki Xocalı faciəsi xalqımızın sinə dağıdır.Belə ki, onun da bədəninin sağ hissəsindəki yanıq izinin xəritədə Qarabağ forması ilə üst-üstə düşməsini, ölkəmizin onurğa sütununun Qarabağ olduğu halda, onun da onurğa sütununun qırılması (l4 fəqərəsi), dədə-baba torpaqlarımızın tam şəkildə ermənilərin əlində olduğu kimi dədəsinin (atasının) Kürdəxanı qəsəbəsindəki 80 sot torpağına dələduzların sahib çıxması, ana vətənimizin 20%-i (1/5) mənfur qonşularımızın zəbt etdiyi kimi, anasının da sənədlə 10 sot torpağının faktla isə 2 sotunun (1/5) qonşu tərəfindən zəbt olunması, hələ bu azmış kimi öz həyətyanı sahəsinin 1/5-ni (3 sotu) Fizuli qaçqınının sahib çıxması həqiqətən də onun Qarabağla birbaşa bağlı olmasını söyləməyə əsas verir. Azərbaycanın qartal formasında olduğu halda Kazım ağa uzun illər qartal (Oryol) şəhərində yaşamalı olub. Həmçinin Rusiyanın gerbinə nəzər salsaq qartalların başı üstə 3 nişanə gördükdə bunu Kazım Əzizin sağ qolunda da görə bilərik. Nostradamusun yazdığı sağ qol işarəsi və onun qərbi Azərbaycan torpağında doğulacağını da qeyd edə bilərik. Oryol qalib gələnin rəmzi simvolu olduğu kimi, həm İsa peyğəmbər, həm də Nostradamus Qalib gələnin dəmir əsalarla gələcəyini söyləmişlər. Kazım Əzizin 20 ildir dəmir əsalarla gəzməsi, Əziz Allahın 9-cu adı olub qalib gələn mənası verməsi, onun başındakı 9 rəqəmi, yer kürəsini qoruyan Yupiterin kodunun da 9 olması, Sahib-Əz-Zamanın ləqəbi Hüccətullahın da qalib gələn mənası verməsi, Quranın mahiyyətinin Həmd surədə cəmləşdiyi halda Kazım Əzizin atası Həmid, anası isə Surə olduğu, 9 formasını alan kometanın (ulduzlar topası) surəyya adlanması, 12-ci iamamın kiçik qeybətinin qeybəti sura adlanması, İsrafil sur çalacağı halda onun babasının adının İsrafil olması, imam Zaman ağa ilə uyğun gəlir. Mehdinin bütün ləqəblərinin və 32 dənə fiziki cizgilərinin, peyğəmbərlərə oxşarlığının və Kazım Əzizin doğulduğu vaxt İsrailin dövlət başçısının xilaskarın doğulduğunu rəsmi elan etməsi həqiqətən Kazım Əzizin bəşərin xilaskarı olmasını iddia etməsinə əsas verir.Bunlara əmin olmaq üçün ətraflı facebook.com/kazim.azizov.9 ,youtubedə Mehdi 2013 Kazim Əziz videolarını izləyə bilərsiniz. Belə olduğu halda 300-dən çox Peyğəmbər hədislərinin Kazım ağa ilə uyğun gəlməsinin şahidi olarsınız.
Kazım ağa Qurani Kərimlə bağlıdır
Bildiyiniz kimi Qurani Kərimin hikmətləri 7 ayənin təfsiri ilə əhatə edildiyindən Fatihəyə “Ummul Quran”- Quranın anası deyilmişdir.Fatihə ilə ixlas həmd surə adlandığına görə,Quran həmd surədən doğulduğu kimi mən də Həmid və Surədən doğulmuşam.7 ayə isə anam Surənin 7 övladına bir işarədir.Quran insanlara yol göstərib öyüd verdiyi halda insanlar Ona məhəl qoymayıb dərk etmədikləri kimi məni də nə başa düşüb dərk edə bilərlər,nə də qəbul etmək istəmirlər.Hədislərdə deyilir: imam Zaman ağa Quranla bağlıdır.Gəlin nəzər yetirək: 1)Allahın adi ilə,99 adı iki 9 işarəsi ilə başımda,(həmçinin 9-cu adı Əziz həm soyadım,həm də təxəllüsümdür) 2)həmd olsun Allaha-həmd şükürdür,Məhəmməd ondan götürüldüyü üçün peyğəmbərin alnının çapığı və dişinin sınığının məndə olması, 3)Rəhmana(mehriban) Rəhimə (bağışlayan),mehriban dostumun sinəmi yardıqda onu bağışladığıma işarədir(köksümün yarığı), 4)din gönünün yiyəsinə-dinimiz islam olduğu üçün İslama(gənc oğlana)sahib çıxdım,kürəyim Hz.Əli kimi xəncər yarası gördü, 5)təkçə sənə ibadət eləyər,təkcə Səndən yardım dilərik-ibadət edərkən əyilirik,onurğa sütunum qırıldı belim əyildi,dəmir əsalar yardımçı oldu, 6)doğru yola yönəlt bizi-doğru yol Allahın yoludur,düz yoldur, meşəyə alma dərməyə velosipedlə düz yolda gederkən qaz-53 lə toqquşanda aldığım xəsarətdən qalan izdir, 7)nemət verdiyin kimsələrin yoluna(alma şəkili)qəzəbə gəlmişlərin,sapmışların yoluna yox-qəzəbə gələnlər və sapmışlar ya qılınc zərbəsinə tuş gələr,həm də cəhənnəm odunda yanar ki,bu da çiyinlərimin arasındakı xəncər şəkili və sağ yanımdakı yanıq izinə işarə olunur.İxlas surəsinin həmd surənin tərkibində olduğunu da nəzərə alsaq: 1)Deki,O,Allahdır təkdir-tək bir yerimdə ürək şəklində yanıq izi var ki,ürəyin tək olması,həm də ürəyimin üstündə olan bir nişanəyə işarə olunur, 2)Allah hər ehtiyacdan ucadır,əbədidir.İsa peyğəmbərin dediyi kimi Onun üzərində Allahın adını yazacam,şəhərin adını yazacam,öz yeni adımı yazacam:başımda 2ci 9-a bənzər kometanın(Surəyya-anamla bağlı),Orloy şəhərinin adı, gerbin üzərindəki qartalların başı üstəki 3 xaç işarəsinin sağ qolumda olması, yeni adı Xristosa(krest) işarə olunmuş, 3)doğmamış,doğulmamış-peyğəmbərimizdə olduğu kimi və onun hədislərdə qeyd etdiyi kimi başımda,boynumda,çiynimdə,sol gözümün altında,kürəyimdə,qolumda və ayağımdakı Sahib-Əz-Zamanda aşkar olunacaq bütün xallar həqiqətən nə doğmamış,nə də doğulmamış,Allah özü bunları bir rəssam kimi qeyd etdiyi yerlərdə çəkmişdir,4)Onun bənzəri də olmamışdır-İsa peyğəmbərin söylədiyi,Musa peyğəmbərdə olduğu kimi(Musa Kazım)bütün xallarımdan seçilən parlağ ulduza bənzər tək bir xalın ayağımda olması sübut edir ki,peyğəmbərlərin söylədiyi və Rəsullahın hədislərdə qeyd etdiyi müqəddəs elə mənəm.Bunu təstiq edən yüzlərlə əlamətlərə də malikəm.
Mənim Qurani Kərimlə bağlılığımı çox sayda həyatım boyu baş vermiş hadisələr də təstiq edir. Oryol şəhərində bir idarənin qapısını döyüb,sonra xeyli siqnal verdim qapını açmadılar.Elə ki,açdım Quran oxuyum,elə bu anda qapılar açıldı və içəridən avtomobil çıxdı.Xeyli oxuyandan sonra kitabı örtən kimi qapılar da bağlandı.Şənbə günü olduğu üçün nə qapını açdılar nə də içəri girə bilmədim.Bir dəfə də 8 martda yığılmış güllərin 15 min dollar civarında pulu girişdə qapının üstündə Quranla yanaşı bir paketə qoymuşdum.Axşam gəldim hər yan dağılı,qapını sındırıb pola qədər sökmüşdülər,ancaq pullara toxunan da olmamışdı.Evimizdə döşək,palaz və yastığın yandığı bir yerdə Quranın istilikdən təkcə kleyi ərimiş və aralanmışdır.Yanğın baş verən gün nəşriyyata gedirdim,ayaqlarım getmədi,Əzizbəyov metrosundan geri qayıtdım.Uşaqları soruşdum,uşaqlar yoldaşımın dalınca gəlməsinlər deyə qapını açarla bağladığını söylədi.Baxdıq ki,qırt toyuq 14 yumurtadan 2-sini caynağı ilə qırıb,balalar içində ölümlə çarpışır.Tez dedim qaç evə uşaqlara nə isə olub.Girdik evi tüstü bürüyüb 2-3 yaşlı Fatimə və Əziz qapının ağzında öskürürlər,artıq 2 dəqiqə də yubansaydıq boğulmaq üzrə idilər.Məni saxlayan Allahım mənə işarələrlə bildirərək,onları da ölümdən qurtardı.Səhəri günü 12 bala çıxdı,tək birinin ayağı şikəst qaldı.Əvvəlki illər də 40-70 cücələr böyüdürdük sonda 12-si qalırdı.Hazırda qazlarmızın da sayı 12-dir,damımızda yuva qurmuş göyərçinlərin sayı da 12-dir(həmd surə 12 ayədən ibarət olduğu kimi).3 il öncə səhərə yaxın 3 gün idi itmiş 12 qoyunumun gəldiyini yuxuda görüb,ayılanda pəncərədən baxdım 11-i gəlir.2-3 gün də qoçu axtardıq,tapılmadı.Mən onu qurban deyəndə mənə güldülər,dedilər ağlına dua yazdır 3 illik qoçu kim buraxar,çoxdan onu ya satıblar ya da kəsib yeyiblər.Dedim Allah yoxdan var eləyir,səhəri gün qoç gəldi və qurban kəsib payladım.Kimə qatarın altından sağ çıxdığımı(relsin arasından) söylədimsə,səni Allah saxlayıb dedilər.Məhz 12-ci imamın ləqəbi Bəqiyyətullah elə Allahın saxladığı deməkdir.Çoxları dərk edə bilmirlər ki,indiki zamanda zühur edəcək İmamın atasının adı Həsən Əsgəri olacaqsa,peyğəmbər yalanmı söyləmiş? adı adıma,atasının adı isə atamın adına uyğun gələcək.Uyğun gələn ad Hamdulladır ki,həmd sözündən götürülmüş(həmçin Məhəmməd də).Məhəmməd həmddən yarandığı kimi mən də Həmiddən yaranmışam.Peyğəmbərimiz imam Mehdinin adını Hz.Əliyə belə bildirməmişdir.Anama yuxuda adımın Məhəmməd qoyulması bildirilsə də molla mənə Museyi Kazımın (peyğəmbərə uyğun) adının qoyulmasını məsləhət görmüş.Bir zaman oğlum Əlini Allaha qurban demişdim,onu qəbul etmədi.Bu səbəbdən də 18 ildir Hz.İsmayıl sayaq qərib düşdü.Doğulan gündən üzünə belə həsrət qaldım.
Peyğəmbərə 40 sual kitabında 12-ci İmama əsa,ələm və möhür kimi 3 meqəddəs əşyanın çatacağı bildirilir.O,möhürün Süleyman möhürü olacağı halda Süleyman babam ələmini və möhürünü mənə vəsiyyət etmişdir.Hətta əşyalarımdan savayı geyimlərimdəki nişanələr,yazılar və digər əlamətlər bele səmavi kitablarda xüsusilə qeyd olunmuşdur.Ömürümdə cəmi bir dəfə qalstuk almışdım,onda da İdris peyğəmbərin dediyi korollar korolu (kral sözü) yazılmış.Yəhya peyğəmbərin dediyi göylər kralı (düyməmdə qartal şəkili),kəmərimdə isə çarlar çarı yazılmışdır.Bir möcüzənin şahidi olan Bəysafa adlı kənd sakininin əgər 3-cü dəfə də sən deyən çıxsa sənə səcdə edib,səni şeyx çağıracam dediyi də,Messiyaya (Hz.Mehdiyə) şeyx ləqəbi verəcəklər,və Ağalar Ağası (Knyaz Knayazey) çağıracaqlar deyildiyi kimi məni qohum-qonşu Kazım ağa yox Ağa Kazım deyə çağırırlar.Eyni zamanda adımın mənası qəzəbini ötürən,möhkəm və müdrik kimi tövrətdə yazılmışdır.Hz.Fatimənin Lövh hədisində imam Zaman ağada Musanın şiddəti,yəni qəzəbi olacaqdır yazılmış.Hətta Oryol şəhərində qanımın töküldüyü evin döşəməsinin cırılmış paltarlarımla silindikdən sonra ora daxil olan xəstələrin şəfa tapacağı belə incildə yazılmışdır.Belə olduğu halda,kürəyimdə xəncər yarası yoxdursa kürəyimə,ürəyimdə yoxdursa ürəyimə sancın,əgər başımda çox sayda çapıq və yarıq aşkar etməsəniz məni daş-qalaq edin başımı da yarın, əgər belim qırılmayıbsa,lap belimi də qırın,Allah xatirinə mənim ruhuma toxunmayın,O,müqəddəsdir.Özünüzü günahlara batırmayın,məni yalançı,fırıldaqçı və yaxud ruhi xəstə zənn etməyin,ulu babalarınız peyğəmbərləri dəli sayıb qəbul etmədikləri kimi.Sizlər məni qəbul etməsəniz,türklər qəbul edər,onlar da qəbul etməsə kürdlər mənə sahib çıxar,onlar da inanmasa namərdlik etsə,ərəblər qəbul edər,onlar da vəfasız çıxsa,bütün dünyanı idarə edən yəhudilər mənə sahib çıxarlar.Hər halda unutmayın ki,mən Azərbaycan vətəndaşıyam,dilim də Azərbaycan dilidir,Azərbaycanda yaşayıram,şəxsiyyət vəsiqəsində miliyətim də Azərbaycanlıdır və Azərbaycanın adını daşıyıram.Dünya mənim varlığımdan xəbər tutanda Azərbaycan dünyaya bir günəş kimi doğacaq.Hansı vicdansız insan buna şad olmaya bilər?.Mən 52 yaşa qədər Quranda cəmi 2 ayənin sirrini bilirdim.Bu yaxında 12-ci imamin milad günü mənə vəhy gəldi və qalan 10 ayənin sirrini mənə Allah bir gündə əyan etdi.Çoxları məndən öz taleləri haqqda soruşurlar.Allah mənə bildirdiklərindən savayı mən heç bir qeyb xəbərini bilmirəm.Adım Kazım ərəb tələffüsündə K’əzim,Kəbəyə və Kurana işarədir.Əz-im isə Əz-ubillahuminəşşeytanirəc-im deməkdir.Bakı isə Bə-kə,yəni Kəbəyə işarətdir.İlyas peyğəmbərin ölkəsi viran qalanda yıxılıb onurğa sütunu qırılmışdır(məndə də) Allah onu da 12-ci imamı da (ruhunu) qeybə çəkmişdir.Həmin ruh mənim cismimdədir.35 yaşında üzə çıxacaq imamın cismi insanlar arasında olmasa,bedənindəki çapıqları və nişanələri necə sübut edə bilər? 4 yaşında qeyb olmuş uşaq kim tərəfdən və necə ağrı-acılar çəkə bilər? Şeytana daş atıb bir düşünün bu haqqda.Ruhunuz qeybə çəkilmədiyi halda haradan biləcəksiniz ki,qeyb nədir.İmamın kiçik qeybəti (qeybəti suğra) məğər 9 ay anamın bətnində olduğuma işarə deyil,yoxsa anam Surəni Suğra deyə çağırmırla?Yoxsa imamın 2 qeybəti 2 kliniki ölüm halımla uyğun gəlmir?.Bəlkə bütün bəşər övladları birləşəsiz siz də bu qədər sübut dəlillər uydura biləsiz?.Bəlkə milyonların içindən tək bir nəfər tapıb 2-cə nişanəmə oxşarını üzə çıxara bilərsiniz? Allah mənim nişanələimi göy cismlərində,çox sayda yerdəki cismlərdə və hətta heyvanlarda açıq aşkar bildirmişdir.Bunu görmək üçün iman nuru, bəsirət gözü ,bir də Allahın ən çox sevdiyi inam lazımdır.Artıq ölülər də bir-birinə müjdə verir.Ölülər qədər də yoxsunuz, əsil ölü elə sizsiniz (imansız kəslərə).Yəhudilər İsa peyğəmbəri qəbul etmədilər,öz Messiyalarını gözlədiklərini bildirmişlər.1962-ci ildə mənim doğulduğumu(səmada möcüzə baş verdikdə) rəsmən elan etmişlər.Amerika İsrailə milyonlarla dollar məni üzə çıxarmaq üçün vəsait göndərmişdir.Mənim heç onlara da ehtiyacım yoxdur,tək bir Allah mənə yetərlidir,O,məni sevmiş,seçmiş və qurbanını qəbul etmişdir.Sonuncu dəfə faciəli bir ölümdən xilas etdikdə canımı Ona qurban demişdim.Bu səbəbdən məni incildə dəmir əsalarla gələcək Allahın Qurbanı (Aqneç) adlandırmışlar. Yəhya peyğəmbər demişdir:Allahın qurbanının qəzəbinə tuş gələndə dağlara,daşlara kaş başımıza düşəydiniz,üstümüzü örtəydiniz,Onun qarşısına çıxmayaydıq deyəcəksiniz.Bir zaman rəhmətlik Baba Pünhan şoka düşərək deyirdi: mən səni heç tanımayanda yazmışdım Sahib-Əz-Zaman gəlir,öz məkanımdan gəlir.Məkanım Kürdəxanıdır,Sən də Kürdəxanıdasan,əcəb işdir.Onun məclisində də dedilər: Baba imam Zaman ağanı çox arzulayırdı,bəlkə də O,gəlib buradadır,bizə qulaq asır.Özümü güclə saxlayıb,səsimi çıxarmadım.Bir dəfə isə Əmircanda məclisə daxil olanda axund Əziz məni çağırıb öz yanında əyləşdirdi.Ona sual verdilər ki, imam Zaman ağa haqqında ne deyə bilərsiz.Cavabında bildirdiki, bu Allahın sirridir,Allah bilir bəlkə də O, elə yanımızda oyurub bizə qulaq asır deyəndə mən dedim: yanınızda tək bir boş yer var idi,orada da mən əyləşmişəm.12 imamın şəkili divardan asılmış dərs otağına girəndə Məşədi Qulməmməd mənə baxıb dedi: sən necə də 12-ci imama oxşayırsan. Mən ilk dəfə olaraq 12-ci imamın portretinə rast gəldiyim üçün dəhşətə gəlmişdim.18 il öncə Azərbaycan nəşiriyyatında Gülnarə adlı bir jurnalistə öz məqsədim və ideyalarımdan söhbət açanda (12-ci imam haqqa heç nə bilmədiyim zaman) O,mənə sən elə danışırsan ki, guya sən elə imam Zaman ağasan deyə təəcübləndi və məni elə bil yatmışkən oyatdı. O gündən mən Sahib-Əz-Zaman haqqda yazılmış çox sayda kitabları,hədisləri,İncili,Tövrəti,Zəburu və Qurani-Kərimi oxuyaraq bütün nişanələrimi,ləqəblərimi və digər əlamətlərimin hamısının həmin kitablarda yazıldığının şahidi oldum.Bunların hamısını sadalasam bir kitaba belə sığan deyil.[email protected] Yoububede imam Zaman Azerbaycanda Bakı şəhəri (indeks 1059)Sabunçu rayonu Kürdəxanı qəsəbəsi A.Qasımov küçəsi ev 10 (050) 406-11-95 ,(055)889-32-79,(012)5518290
Kazım Həmid oğlu Əzizov