Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Kanal24.az xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Abşeron rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklərin baş verdiyi, sənaye məhsulunun həcminin 23,5 dəfə, əsas kapitala yönəldilmiş vəsaitin 24,9 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin 19,8 dəfə artdığı, bir sıra mühüm infrastruktur layihələrinin həyata keçirildiyi, Musiqi, Şahmat Məktəbləri, əlil və şəhid ailələri üçün ümumilikdə 105 mənzilli 2 yaşayış binasının inşa edildiyi, Mədəniyyət Mərkəzinin əsaslı təmir olunduğu, təhsil və digər sosial yönümlü obyektlərin tikildiyi, sənaye və emal müəssisələrinin açıldığı, yeni yolların çəkildiyi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin görüldüyü bildirilir.
Sərəncama əsasən, Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.