Kimin cəhənnəmə, kimin cənnətə gedəcəyini qəti şəkildə söyləmək çətindir, bu, Allahın səlahiyyətində olan məsələdir.
Bunu dəqiq şəkildə deyə bilərik ki, ağlı başında ikən və hər hansı çətinliyə dözməmək, rüsvayçılıqdan qaçmaq məqsədi ilə intiar edən şəxsin cənnətə düşmək ehtimalı yox dərəcəsindədir, cəhənnəmə layiq görülmə ehtimalı isə çoxdur. Can Allah tərəfindən bizə verilmiş bir əmanətdir. Onu özümüz qazanmamışıq ki, özümüz də istədiyimiz an onu məhv edək. Allah hər kəsin əcəlini lazım bildiyi an göndərir. İntihar etmək Allahın iradəsinə müdaxilə etmək və Allahın əmanətinə xəyanət etməkdir. İstisna kimi bəzi hallarda (məsələn, qəddar düşmənə əsir düşməmək, namusunu qorumaq üçün) intihar edən şəxsin Allah tərəfindən bağışlanması mümkündür.