KANAL24.AZ
Az Iw En Ru

Qurani-Kərimdə adı çəkilən meyvələr və onların faydaları

Müqəddəs kitab Qurani-Kərimdə bir neçə meyvənin adı xüsusilə vurğulanır ki, bu meyvələrin insan sağlamlağına olan müsbət təsirləri artıq danılmaz bir faktdır.

 

1. Əncir

Əncir tərkibində olan qida dəyəri, vitamin və minerallar sayəsində vücuda yüksək miqdarda enerji verir. Bununla yanaşı, sodium, kalium və maqnezium maddələri ilə zəngindir. Əncir ən az portağal qədər C vitamininə malikdir. Tərkibində B3, B6, B2 və K vitaminləri də mövcuddur. Əncir ürəyin sağlamlığını qoruyur, təzyiqi normallaşdırır, bədəni toksinlərdən təmizləyir, immun sisteminə müsbət təsir göstərir və dəri xəstəliklərinə qarşı müdafiə effekti yaradır.

2. Üzüm

Üzüm bol miqdarda protein və lif qaynağıdır. Bu maddələr insan vücudunda enerji balansını tənzimləyir. Tərkibindəki kalsium sümüklərin möhkəmlənməsinə yardımçı olur.

3. Nar

Qış fəslinin ən sevilən meyvəsi olan narda bol miqdarda C vitamini, dəmir, kalium və polifenol maddələri vardır. Bütün bunlar, özəlliklə, qış aylarında immun sistemini gücləndirir. Vücuddakı xolestrol və şəkər səviyyəsini balanslaşdıran bu meyvə xərçəng hüceyrələrinin inkişafına mane olur. Üstəlik, ən yaxşı qan artıran meyvə hesab edilir.

4. Albalı

Albalı güclü antioksidan qaynağıdır. Bununla yanaşı, A vitamini ilə də zəngindir. Baş ağrıları zamanı 15-20 ədəd albalı yemək ağrını dərhal yox edir.

5. Banan

Banan böyrəklərin birinci dərmanı hesab edilir. Həmçinin, bağırsaqdakı bakteriyaları öldürür. Metabolizmin işinə təsir göstərir və mədəyə rahatlıq gətirir. Banan cildin sağlam və qüsursuz görünməsinə də yardım edir.

6. Xurma

Xurmanın insanın DNT quruluşunu və vücuddakı hüceyrələri yeniləmək kimi xüsusiyyəti vardır. Enerji dəyəri olduqca yüksəkdir. Tərkibində protein və müxtəlif yağlar başda olmaqla, 16 fərqli mineral və vitamin vardır.


13:59 28.09.2017