KANAL24.AZ
Az Iw En Ru

Bakı-2015 Avropa Oyunları haqqında məlumatı birinci SƏN al!

TREND Beynəlxalq İnformasiya Agentliyi 12-28 iyun tarixlərində Azərbaycan paytaxtında keçiriləcək Bakı-2015 ilk Avropa Oyunlarına həsr edilmiş ödənişsiz gündəlik məlumat bülletenini təqdim edir.

Xüsusi bülletenlər üç dildə - Azərbaycan, ingilis və rus - dərc edilir. Bu bülletenlərdə qarşıdan gələn Oyunlara aid yeni xəbərlər, aktual və maraqlı rəylər, foto və videomateriallar əldə edə biləcəksiniz.

Bülletenləri əldə etmək üçün [email protected] ünvanına məktub yazmaq, elektron poçt ünvanınızı və seçdiyiniz dili qeyd etmək kifayətdir. Siz də iri media şirkətləri və dünya təşkilatları ilə birgə Bakı-2015 haqqında son xəbərləri alacaqsanız!

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı-2015 I Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı-2015 I Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növü olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6 min idmançının 17 yarış günü müddətində ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.


18:00 18.05.2015
Xəbər lenti
Bütün xəbərlər