KANAL24.AZ
Az Iw En Ru

"ABŞ-ın İraqdakı silahları İŞİD kimi terrorçu təşkilatlara qaldı"- Zahid Oruc

Türkiyənin hərbi qüvvələrinin İraqa qoşun yeritməsi üçün Ankaraya təzyiq edilir. ABŞ İraqdakı silahları İŞİD kimi terrorçu təşkilatlara qaldı”

Kanal24.azn məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, Türkiyənin İraqa qoşun yeritməsi üçün ona edilən tələblər başadüşülən deyil.

Deputatın sözlərinə görə, Azərbaycan parlamentinin deputatları Türkiyənin soyuqqanlı davranışlarını dəstəkləyirlər. “Suriyadakı və İraqdakı kürd silahllılarının hədəfinin Türkiyə olmayacağına kimsə zəmanət verə bilməz. Biz Türkiyəyə siyasi, mənəvi dəstək oluruq. ABŞ və Qərb dairələri yaxı olar ki, Türkiyədəki qaçqınlara yardım ayırsın”.


23:32 17.10.2014