Kanal24 xəbər verir ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən “2014-cü il - bələdiyyə seçkilərində gənclərin və qadınların aktivliyinin artırılması məqsədi ilə hüqüqi biliklərin aşılanması və maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Şamaxı şəhərində dəyirmi masa keçirib.
Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan təşkilatın rəhbəri Vüqar Tofiqli (Cəfərov) tədbir iştirakçılarına layihə barəsində geniş məlumat vermişdir. Onun sözlərinə görə, təşkilat üç ay ərzində Bakının Suraxanı və Şamaxı rayonunda formalaşan bələdiyyələində gəncləri və qadın seçiciləri maarifləndirməklə, onlar arasında seçki prosesində iştirakçılıq səviyyəsini, həm də seçici aktivliyini artırmaq niyyətiylə hüquqi dərslər həyata keçirib. Bundan əvvəl isə Şamaxı və Suraxanı rayonlarında hər birində əlli nəfər olmaqla sorğu keçirmişdir.
Təşkialtın ekspertlərinin iştirakı ilə Şamaxı bələdiyyələrinin son on ildəki fəaliyyəti təhlil edilmiş və onların qarşılaşdığı problemlərin həlli ilə bağlı müvafuq qurumlara təkliflər hazırlanmışdır. Sədrin sözlərinə görə, hazırda gənclərin və qadınların bələdiyyələrə marağını artırmaq üçün ilk növbədə bələdiyyə sisteminin qarşılaşdığı problemlərin aradan qaldırmaq üçün addımlar atılmlıdır. Qanunvericilikdə olan boşluqların aradan qaldırılması, icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün qanun hazırlanması, bələdiyyələrin kadr potensialının artırılması nəticəsində gənclərin və qadınların bələdiyyələrə marağını artırmış olacaqdır. Ötən il Şamaxı bələdiyyələrin üst-üstə 300 min manat yerli büdcə gəliri olduğu deyən Vüqar Tofiqli bu rəqəmin 2007-illə müqayisədə üç dəfə az oldugunu qeyd etmişdir. Bu gün sanatoriya kurort rüsumu və mədən vergisinin yığım səviyyəsi yox dərəcəsindədir.
Mirkənd bələdiyyəsinin sədri Zöhrab Əmrahov, Dağ Bağırlı kənd bələdiyyəsinin sədri Zahir Kərimov, Çabanlı kənd bələdiyyəsinin sədri Pərvizə Quliyeva, Meysəri kənd bələdiyəsininsədri Sərdar Bayramov, Mədrəsə kənd Bələdiyyəsinin sədri Asif Bayramov çıxış edərək son illərdə dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinin inkişafına yönələn addımlardan danışmış, atılan hər bir addımın sistemin inkişafına təkan verəcəyinə əmin olduqlarını bildirmiş və son bir il ərzində bələdiyyə sisteminin inkişafına yönələn hüquqi sənədlərin qəbuli ilə bağlı məqamlara da toxunulmuşdur
Tədbirin sonunda irəli sürülən təkliflərin QHT ekspertləri tərəfindən ümumilədirilərək müvafq qurumlara müraciət edilməsi qərara alınmışdır. Qeyd edək ki, tədbirin işində Şamaxı RİH-in təmsilçisi, rayonun 37 bələdiyyəsinin sədri və bələdiyyə üzvü olan təhsil işçiləri iştirak etmişlər.
Qeyd edək bundan əvvəl “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Şamaxının Mirikənd bələdiyyəsində hüquqi dərs keçmiş və bələdiyyə qulluqçularına və üzvlərinə mövzu ilə əlaqəli hazırlanmlış təhlillər ətrafında fikri mübadiləsi həyata keçirilmişdir.
Sonda tədbir iştirakçıları tərəfindən verilmiş müxtəlif məzmunlu suallar cavablandırılmışdır.