KANAL24.AZ
Az Iw En Ru

AMEA-nın strukturunda dəyişiklik edilib

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının strukturunda dəyişiklik edilib.

Kanal24.az xəbər verir ki, Rəyasət Heyətinin Mərkəzi Aparatının Hüquqi təminat şöbəsi, Təhsil və kadrlar şöbəsi, İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib. Hüquqi təminat şöbəsinin bazasında Ərizə və şikayətlər şöbəsi və Kadrlar şöbəsi və Qanunvericilik təminatı şöbəsindən ibarət Hüquq və Kadrlar İdarəsi yaradılıb.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Hüquq və Kadrlar İdarəsinin Əsasnaməsi təsdiq edilib, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev idarənin rəisi vəzifəsinə təyin edilib.

AMEA-da, həmçinin Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsi, İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi yaradılıb.


01:28 16.10.2014
Xəbər lenti
Bütün xəbərlər