KANAL24.AZ
Az Iw En Ru

Türkiyənin qırmızı qoz "sevdası" gerçəkləşdi - Foto

Türkiyənin Kahramanmaraş bölgəsində 16 illik tədqiqatdan sonra təbii yolla qırmızı qoz istehsal olunub.

Kanal24.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Südçü İmam Universitetinin professoru Dr. Mehmət Südyeməz Türkiyəyə rəngli bir qoz qazandırmağın qürurunu yaşadığını bildirib.

Kahramanmaraşın qoz istehsalında Türkiyədə söz sahibi olduğunu bildirən professor daha öncə də 4 növ fərqli qoz istehsalını həyata keçirdiklərini bildirib. Südyeməz qırmızı qozun ləzzət və dadı ilə digərlərindən fərqinin olmadığını bildirib. 

Professor "KSÜ" adı verdiyi qırmızı qoz növünün Türkiyədə ilk, dünyada ikinci olduğunu bildirib


10:19 13.10.2014