KANAL24.AZ
Az Iw En Ru

Aqrar siyasət komitəsinin iclasında iki qanuna dəyişikliklər müzakirə edilib

Oktyabrın 14-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

Kanal24.az xəbər verir ki, iclasda “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.
Komitə sədri Eldar İbrahimov bildirib ki, təklif olunan dəyişikliyə əsasən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun 18-ci maddəsinə görə Azərbaycana idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. Hazırda qüvvədə olan maddədə isə ölkəyə idxal olunan məhsulların etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə haqqında məlumatların göstərilməsi tələb olunur.
Daha sonra “Balıqçılıq haqqında” Qanuna dəyişikliklər müzakirə olunub. Bu Qanunun 20-ci maddəsinə təklif edilən dəyişiklikdə dövlətin balıq mühafizə və akvakultura sahəsində vəzifələri əks olunub, 21 və 22-ci maddələr isə ləğv edilib.
Müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.


23:12 14.10.2014
Xəbər lenti
Bütün xəbərlər