Kanal24 xəbər verir ki,qürbətdə yaşamasına baxmayaraq,qəlbi daima vətən üçün döyünən,vətəndaşlıq borcunu layiqincə yerinə yetirən əsl azərnaycanlı övladı,İsrail-Azərbaycan Odlar Yurdu Teatrının rejissoru,Kanal24-ün baş redaktoru Səadət Şükürova Novruz bayramı münasibəti ilə həmvətənlərimizi təbrik edib.Təbrikdə deyilir:
Əziz xalqım,həmvətənlərim,bacı və qardaşlarım.Sizi xalqımızın qədimlik rəmzi,ən gözəl,ən dəyərli,təbiətin oyanışı,yazın xəbərçisi olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.Sizlərə uzun ömr,can sağlığı,əmin-amanlıq,sülh arzulayıram.Odlar diyarının alovlu bayram tonqalı ömrünüzə işıq saçsın,süfrəniz bol-bərəkətli,ruzulu,həyatınız yaz günəşi kimi parlaq olsun.Özündə xalqımızın ruhunu yansıtan,adət-ənənələrimizlə necə bir xalq olduğumuzu bildirən Novruzu gələn il Qarabağda birlikdə qeyd etmək ümidi ilə hörmətlə Səadət Şükürova.