Biləsuvarda sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Kanal24.az-a verilən məlumata görə, oktyabrın 13-də saat 06 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində İran İslam Respublikası vətəndaşı Vajir Fariborz idarə etdiyi “Scania” markalı avtobusu aşırıb.
Onun sərnişinlərindən - Neftçala rayon sakinləri Elşad Məhərrəmov, Afət Məhərrəmov və Təbib Məmmədov hadisə yerində ölüblər, digər 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.
Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, avtobus Azərbaycandan İran İslam Respublikasının Məşhəd şəhərinə gedən zəvvarları aparırmış.