KANAL24.AZ
Az Iw En Ru

ARDNŞ “Ən yaxşı stend” diplomu ilə təltif olunub

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakı Ekspo Mərkəzində keçirilən VIII Azərbaycan Beynəlxalq təhsil və karyera sərgisində uğurla təmsil olunub.
ARDNŞ-in mətbuat xidmətindən Kanal24.az-a bildiriblər ki, sərgidə Dövlət Neft Şirkətində həyata keçirilən işə qəbul prosesləri və təqaüd proqramları, karyera imkanları çərçivəsində mövcud vakansiyalar ziyarətçilərin diqqətinə çatdırılıb. Həmçinin sərgi iştirakçılarına vakansiyalara müraciət zamanı socar.az saytından istifadə qaydaları videoçarx vasitəsilə göstərilib.
Sərgidə ARDNŞ-in Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrdən də bəhs olunub. Bildirilib ki, Dövlət Neft Şirkəti Azərbaycan Respublikası vətəndaşları olan tələbələr üçün daxili və xarici təqaüd proqramları ilə yanaşı, ödənişli və ödənişsiz təcrübə proqramları da həyata keçirir.
Sərgi iştirakçıları içərisində ən böyük ziyarətçi marağı doğuran ARDNŞ İteca Caspian şirkəti tərəfindən “Ən yaxşı stend” (Best Stend Performance) diplomu ilə təltif olunub.


06:12 14.10.2014