KANAL24.AZ
Az Iw En Ru

9 ayda Azərbaycanda 5491 müəssisə və təşkilat qeydiyyata alınıb

Kanal24 xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyata alınan müəssisə və təşkilatların sayı artaraq 5491-ə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonunda, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin doqquz ayında 55664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakı şəhərində, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki iqtisadi rayonlarında qeydiyyata alınıblar.
 


02:34 13.10.2014