KANAL24.AZ
Az Iw En Ru

Qaraçuxur bələdiyyəsində ilk hüquqi dərs həyata keçirilib

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən “2014-cü il-bələdiyyə seçkilərində gənclərin və qadınların aktivliyinin artırılması məqsədi ilə hüqüqi biliklərinin aşılanması və maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Suraxanı rayon Qaraçuxur bələdiyyəsində ilk hüquqi dərsi həyata keçirib. Tədbirdə rayon ərazisində formalaşan altı bələdiyyənin təmsilçiləri iştirak ediblər.   Tədbiri giriş sözü ilə açan Qaraçuxur bələdiyyəsinin sədri Əvəz Qurbanov son illərdə dövlət tərəfindən bələdiyyələrin fəaliyyətinin inkişafına yönələn addımlardan danışıb.  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli  tədbir iştirakçılarına layhə barəsində geniş məlumat verib. Tədbirdə  sonunda iştirakçılar tərəfindən verilən müxtəlif məzmunlu suallar cavablandırılıb.


07:13 04.09.2014