KANAL24.AZ
Az Iw En Ru

Bakının Ziya Bünyadov prospektində yenidənqurma işləri davam edir

Paytaxtın Ziya Bünyadov prospektinin yenidən qurulması işləri davam edir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, prospektin qovşaqlar da daxil olmaqla ümumi uzunluğu 9,2 kilometr, hərəkət zolaqlarının sayı isə keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaq arasında dəyişəcək.
Yolun yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi ilə Böyük Şor yol qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz hərəkətini təmin etməkdir.
Artıq yol boyu nəzərdə tutulan qovşaqlardan biri istismara verilib, digər 3 qovşaqda isə işlər başa çatdırılıb. Həmçinin bəzi köməkçi hissələr istisna olmaqla üç qat asfalt-beton örtüyünün döşənməsi sona çatmaq üzrədir. İşıqlandırma sisteminin də böyük hissəsi quraşdırılıb, drenaj sistemində isə işlərin 95 faizi görülüb.


23:23 12.10.2014