KANAL24.AZ
Az Iw En Ru

Hava limanında qeyri-adi evlilik təklifi - FOTO

Kanal24 xəbər verir ki, Rusiyanın Peterburq şəhərində gənc oğlan cəngavər zirehini geyib və ağ atın üstündə aeroporta gəlib. Anspress-in məlumatına görə, hadisə “Pulkovo” aeroportunda olub. Romantik oğlan stüardessa işləyən öz sevgilisini məhz belə qarşılamaq istəyib.

Tikinti şirkətində layihə rəhbəri işləyən 30 yaşlı oğlanın məqsədi Moskvada yaşayan 26 yaşlı stüardessaya evlilik təklif etmək olub.

Gənc bildirib ki, o, sevgilisinə sürpriz etmək istəyib. Belə ki, bu yolla o, sevdiyi qızın uşaqlıq arzusunu yerinə yetirmək istəyib – sevgilisinə evlilik təklifini ağ atlı cəngavər kimi edib. Gənc aeroport binasının yaxınlığında gənc qızın arzularının qəhrəmanı obrazında durmaq üçün polislərdən də icazə alıb.


21:22 12.10.2014