KANAL24.AZ
Az Iw En Ru

“Dünyanın ən yaxşı futbolçusu özüməm”- Fiqu

Portuqaliyanın əfsanəvi futbolçusu Luiş Fiqu iddialı açıqlama verib. 

 

Kanal24-ün qol.az-a istinadən məlumatına görə, o, dünyanın ən yaxşı futbolçusunun özünün olduğunu deyib:

“Dünyanın ən yaxşı futbolçusu nə Kriştiano Ronaldo, nə də Lionel Messidir. Dünyanın ən yaxşısı özüməm. Ancaq məşqçi olsaydım, Ronaldo və Messinin komandamda olmasını istərdim. Çünki hər ikisi mənim üçün eyni səviyyədə olan futbolçulardır”.

Qeyd edək ki, L.Fiqu futbolçu karyerası ərzində “Barselona”, “Real”, “İnter”, “Sportinq” kimi klublarda oynayıb. O, 2000-ci ildə Avropanın, 2001-ci ildə isə dünyanın ən yaxşı futbolçusu seçilib. L.Fiqu 2009-cu ildə futbolçu karyerasını başa vurub.

 


06:23 12.10.2014