KANAL24.AZ
Az Iw En Ru

Həmyerlimiz rusları heyran etdi - VİDEO

Daha bir həmyerlimiz məşhur “Voice” müsabiqəsinin Rusiyada yayımlanan versiyası “Qolos” səs yarışmasına qatılıb.

"Brifinq.com" saytının məlumatına görə, Aygün Tağıyeva adlı iştirakçı məşhur Alla Puqaçovanın “Белый снег” (“Bəyaz qar”) mahnısını səsləndirib. Həmyerlimizin möhtəşəm ifa nümayiş etdirməsi münsiflərin heyrətinə səbəb olub. Dima Bilan qırmızı düyməni basaraq, Aygün Tağıyevaya "hə" deyib. “Qolos” səs yarışmasının münsif kürsüsündə Leonid Aqutin, Aleksandr Qradskiy, Pelaqeya və Dima Bilan kimi məşhurlar əyləşib. Məlumat üçün deyək ki, Aygün Tağıyeva "Qolos" (Səs) telelayihəsinin son dörddə bir finalına qədər irəliləyən və Dima Bilanın komandasında yer alan həmyerlimiz Fərid Əskərovun həyat yoldaşıdır. Xatırladaq ki, adıçəkilən müsabiqədə daha əvvəl digər həmyerlimiz Atəş Abbasov və Eldar Əhmədov da iştirak etmişdi.


19:40 11.10.2014