Müsavat Partiyası başqanı Arif Hacılı gənclərin istefası barədə danışıb
A.Hacılı bildirib ki, bəyanatla tanış deyil: "Müsavat Partiyasının hər bir üzvü mənim üçün əzizdir. Gənclərin partiyadan çıxmaq barədə bəyanatlarına görə çox təəssüflənirəm. Bəyanatla tanış olandan sonra səbəblər barədə öz münasibətimi bildirəcəyəm. Bu addımlarını yanlış hesab edirəm".
A.Hacılı Qubad İbadoğlu tərəfdarlarının 2018-ci prezident seçkilərində İsa Qəmbərin yox, İbadoğlunu namizədliyini dəstəkləyəcəklərinə münasibət bildirib.
O bildirib ki, bu, onların hüquqdur: "Müsavat Partiyası qurultayı İsa Qəmbərin namizədliyin irəli sürür. Amma nizamnaməyə görə, hər bir üzv qərar qəbul edildikdən sonra belə qərara qarşı təbliğat aparmaq hüququ var. Amma mənə elə gəlir ki, 2018-ə kimi bu məsələlər öz həllini tapacaq"./Qafqazinfo/