KANAL24.AZ
Az Iw En Ru

“Google”un axtarış nəticələri silinəcək

Kanal24.az xəbər verir ki, Tokio Dairə Məhkəməsi ABŞ-ın “Google Inc” şirkətinə axtarış sisteminin verilənlər bazasından nəticələri silməklə bağlı göstəriş verib. Məhkəmənin qərarına əsasən, Yaponiya vətəndaşının şəxsi hüquqları pozulub. Bu haqda Yaponiya KİV-i yazıb. 

 

 ICTnews-un yaydığı məlumata görə, bu məsələ ilə bağlı məhkəmə çəkişməsi 2012-ci ildən davam edir. Yaponiya sakininin şikayətinə əsasən, onun adını axtarışa verdikdə “Google” iddiaçı ilə əlaqəsi olmayan cinayətlər haqda materiallara istinadlar göstərir. İddiaçı deyir ki, uğursuz təsadüf daima onun insanlarla münasibətini korlayır və artıq bir neçə dəfə onun işdən çıxarılmasına səbəb olub.

Məhkəmə internetdə zərərçəkmişin adı çəkilmiş 230 ayrıca nəşri araşdırıb və 120-nin axtarış sisteminin bazasından silinməsi haqda qərar qəbul edib.

“Google” bu məsələ ilə bağlı hələ ki heç bir tədbir görməyib. “Biz qərarın ətraflı məzmununu gözləyirik” – şirkətin nümayəndəsi bildirib. Bundan əvvəl “Google”dan bildirilib ki, bu cür informasiyanın axtarış bazasından silinməsinə mənfi yanaşırlar.

 


10:25 11.10.2014