KANAL24.AZ
Az Iw En Ru

Avropa MMA Assosiasiyasının vitse-prezidenti vəzifəsinə azərbaycanlı seçilib

Avropa MMA Assosiasiyasına yeni rəhbər seçilib.

Kanal24 xəbər verir ki, təşkilatın konqresində hollandiyalı Aleks Engelhard qurumun prezidenti seçilib. Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov isə Assosiasiyanın vitse-prezidenti seçilib. Azərbaycanın idman tarixində ilk dəfə olaraq həmyerlimizə MMA-da qitə miqyaslı yüksək vəzifə etibar edilib.
Konqresdə çıxış edən Rövşən Həsənov göstərilən etimada görə təşəkkürünü bildirib. O, Avropada idmanın bu növünün inkişafı üçün səylə çalışacağını söyləyib.


08:40 11.10.2014