KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan millisi İtaliyada növbəti oyununu keçirir

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununa çıxıb.

Palermo şəhərindəki “Renzo Barbera” stadionunda millimiz İtaliya yığması ilə qarşılaşır.
Oyunu türkiyəli baş hakim Hüseyn Göçek idarə edir. Ona həmyerliləri Mustafa Əmrə Eyisoy, Orkun Aktaş və Serkan Ok kömək edirlər. Mete Kalkavan və Hakan Ceylan əlavə köməkçi hakim funksiyasını yerinə yetirirlər.
Görüşün hakim-inspektoru Alan Freland (Şotlandiya), UEFA nümayəndəsi isə Tis Rolanddır (Belçika).
Qeyd edək ki, millimiz “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk oyununu doğma meydanda Bolqarıstan millisinə qarşı keçirib və 1:2 hesabı ilə məğlub olub.


08:30 11.10.2014