KANAL24.AZ
Az Iw En Ru

ZİRVƏDƏ YAŞANAN ÖMÜRLƏR

Əvəzedilməz xarakteri ilə yaddaşlara yazılan ƏVƏZ ŞÜKÜROV kəlbəcərlilər üçün həm də dəlidağ idi – vüqarlı, əzmtli, dəyanətli

Birinci yazı

Azərbaycan SSR Ali Sovetinin 1959-68-ci illərdə deputatı seçilmiş, 1993-cü ilin aprelindən 1994-cü ilin yanvarınadək Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının müavini, 1995-ci ilin sentyabrın sonlarınadək rayon RİH-nin başçısı vəzifələrində, ömrünün sounadək isə Azərbaycan Respublikası kənd Təsərrüfvtı Nazirliyində məsul vəzifədə çalışmış, bizim üçünsə bütövlükdə Kəlbəcər olan, Azərbaycan cəmiyyətinə Elmira və Məxmər xanım, Malik, Adil Şükürov kimi layiqli övladlar vermiş Əvəz kərəm oğlu Şükürov eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı, mərhum polis mayoru Şahlar Şükürovun atası idi.
Təkcə bunlar? Onun haqqında danışmaq və yazmaq olduqca çətin və məsuliyyətlidir. Bu barədə bir qədər sonra ətraflı söz açacağam.
İnsan övladı zirvədə yaşamağı daim arzulayıb. Mənim və əslində, 60 min nəfər kəlbəcərlinin də doğulub boya-başa çatdığı Kəlbəcər zirvədə, dağların əlçatmazlığında laçınları qıy vuran ənginliklərdə qərar tutmuşdu…
Yağı tapdağında qalan, əzilən,, tapdaq olan, sərvətləri talanan Kəlbəcərə qovuşmaq arzusu ilə «yaşadığımız», yurd-yuvasızlıq ağrılarına birtəhər dözdüyümüz ağrılı günlərimizdə Tanrı bizə ədfələrlə çəkiləsi mümkün olmayan sitəmlər edib.
Bəşəriyyətin bərqərar olduğu dövrlərdən bu günə qədər ictimai həyatda silinməz izlər qoyub və sonrakı nəsillər üçün, ömrü, fəaliyyəti rnək sayılan şəxsiyyətlər az olmayıb. Belə insanlara sözübütöv, sözünün ağası, elin atası da deyiblər.
Elə-belə, sözgəlişi deməyiblər ki, güclü ağıllılar, qüdrətli düşəncəlilər, dərin zəkalılar insanları birliyə, vəhdətə, bütövlüyə, Xalqa, millətə xidmətə səsləyir. 
Bütün bunlar insanların güclü və hər şeyə qadir olmasına şərait yaradır. İnsan güclü olanda vətəndaşı olduğu Vətən də basılmaz olur. Vətəndaşlar da zəkanın, düşüncənin, dərrakənin gücünə arxalananda, zəkanın nuruna tapınanda birlik yaradır və gərəkli olurlar.
Bütün bu fəlsəfi deyimlərin toplusu bütöv bir şəxsiyyətin obrazını yaradır. Haqqında söz açmaq qrarında olduğum Əvəz dayının obrazında mhz bunları görmək olardı.
öz elinə-obasına bağlı, xalqın məhəbbətini qaznmış, doğulduğu torpağa şərəf gətirmiş insanlar, çox haqlı olaraq, el ağsaqqalı adlanırlar. Ətrafında onların hörtəmini qazanmaq öz davranış və mənəviyyatı ilə başqalarına örnək olmaq həddən artıq çətin və məsuliyyətli missiyadır. Həyatın gözlənilməz anlarında, ən çətin məqamlarında belə təmkinini itirməmək, məsləhətləri ilə digərlərinin də taleyinə bir xeyirxah kimi daxil olmaq ömrü mənalı yaşamaq deməkdir…
Kəlbəcərimizin zəhmi, dəyanəti, qüruru ilə seçilən ziyalı el ağsaqqalından biri də dünyasını dəyişdi. Bu ağrı bizə sanki ikinci dəfə yurdsuzluq-yuvasızlıq ağrısı gətirdi. Kəlbəcərimizin dağ cüssəli, qartal düşüncəli, zəhmindən dağ yarılan bir kişisi Azərbaycana ziyalı bir nəsil qoyub getdi. Ömrünün mənalı və daim zirvədə yaşamış illərini xalqına, doğulduğu el-obanın firavanlığına həsr etmiş Əvəz Şükürovun yoxluğu kəlbəcərsizlik qədər çətin və ağrılıdır. Təkcə ona görə yox ki, tarixi düşmənlərimizin onun qəzəbindən və zəhmindən bağrı yarılardı. Ona görə ki, Əvəz Şükürov hər dayının layiq ola bilmədiyi bir dayılıq zirvəsinə ucalmışdı.
Belə olmasaydı. O, 1967-ci ildə Kəlbəcər rayon kənd təsərrüfatı idarəsinin rəisi vəzifəsində çalışarkən fəaliyyəti nəzərə alınaraq, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməzdi. Xatırladaq ki, məhz həmin il rayonun təsərrüfatlarndakı mövcud mal-qara üçün 28163 ton, o cümlədən kolxozlarda 24279 ton, sovxozlarda 3884 ton qaba yem toplanmış, ət istehsalı 105 (5150 sentnerə qarşı5405 sentner), əvvəlki ilə nisbətən 110 faiz, süd istehsalı 20079 sentnerə qarşı 24154 sentner olmuşdur.
Rayonun ümumi pul gəlirinin 1976-cı ildəki 1 milyon manatdan (rubl) artırlaraq, 1987-88-ci illərdə 20 milyon manata çatdırlmasında o zaman Kəlbəcər rayonunun «Pravda» kolxozunun sədri vəzifəsində çalışan Əvəz Şükürovun əməyi az olmamışdır. Təkcə «Pravda» kolxozunun hesabnda 1988-ci ildə 2 milyon manat vəsaitin olması da gəldiyimiz qənaəti təsdiqləyən faktlardandır. Məhz bu kimi nailiyyətlərə görə Kəlbəcər sosializm yarışının qalibi olmuş, bir neçə dəfə Azərbaycan KP MK-nın, Azərbaycan Nazirlər Sovetinin, AHİMŞ-ın və Azərb. LKGİ MK-nın Keçici Qırmızı Bayrağına layiq görülmüşdü. «Pravda» kolxozunda tikilmiş heyvandarlıq kopleksi isə respublikada ən iri istehsal müəssisəsi hesab olunurdu.
Kəlbəcərin kənd təsərrüfatı sahəsindəki xüsusi xidmətləri ilə yanaşı, Əvəz Şükürovun torpaq, Vətən təəssübkeşliyi tutarlı arxiv sənədləri istənilən qədərdir. Bu barədə ətraflı söz açmaq üçün 2001-cildə çapdan buraxılmış «Kəlbəcər – Azərbaycanın qala qapısı» ktabını vərəqləmək kifayətdir. Kitabın 98-ci səhifəsində müəlliflər (Məhəmməd Nərimanoğlu və Zimistan Həsənov) yazırlar: «Kəlbəcər rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi, Azərbaycan SSR Ali Sovetin deputatı Əvəz şükürovun respublikanın baş prokuroru Q. Məmmədova və rayon prokuroru Ə. Sadıqova 31 mart 1967-ci il tarixində yazdığı məktub məzmununa görə diqqəti cəlb edən arxiv sənədlərindən biridir. Məktub torpaqların qanunsuz tutulması və tikintilərin aparlması ilə yanaşı, Ermənistanın Zod Mədən Kəşfiyyat Partiyasının, Ağduzdaq, Ağyataq, Sarıdaş və Lev kəşfiyyat dəstələrinin Kəlbəcər torpaqlarını qyri-qanuni olaraq dağıtmalarından, xəndəklər və tunellər qazaraq, əkin-biçin sahələrini yararsız hala salmalarından bəhs edir».
Təəssüf ki, Əvəz Şükürovun həmin haray dolu məktubu Azərbaycanın o zamankı rəhbəri Vəli Axundovu ayıltmamış, ermənilərin məkrli siyasəti Kəlbəcərin təbii sərvətlərinin düşmən əlinə «könüllü» keçməsinə şərait yaratmışdır.
Əvəzedilməz xidmətləri ilə yaddaşlara yazılan Əvəz Şükürovun Kəlbəcərin düşmənə sipər olmasında da əməyi az olmamışdır.
1993-cü il mart ayının sonları, aprelin əvvəllərində doğma yurd-yuvasından didərgin düşmüş kəlbəcərlilər mühasirə illərini xatırladıqca Əvəz Şükürovun Kəlbəcər-Laçın yolunun min bir əzab və müsibətlə açılmasında göstərdiyi xidmətlərini yaxşı xatırlayır. Ağdərə rayon ərazisindən keçib Kəlbəcərə gedən əsas magistral yol bağlandığından, əhalinin mühasirəyə düşmək təhlükəsi rayon rəhbərliyini ciddi narahat edirdi. Ona görə də hələlik, Laçın və Gəncə istiqamətlərində keçilməz dağlardan yolların çəkilməsi lazım idi. Laçın-Kəlbəcər yolunun çəkilişini isə o zamanlar «Pravda» kolxozunun sədri Əvəz Şükürov öz öhdəsinə gtürmüşdü. Təsadüfi deyil ki, həmin yolun çəkilişinə 1988-ci il aprelin 24-də başlandı və heç bir dövlət vəsaiti sərf olunmadan, həmin ilin iyun-iyul aylarında Laçının Qorçu kəndində başa çatdırıldı. Bu, o zaman kəlbəcərlilər üçün əsl əhyat və yaşam yolu idi. Kəlbəcər-Laçın yolunun açılması gərginliyi xeyli azaltsa da, istər iqtisadi, istərsə də mənəvi baxmdan əhali əzab çəkirdi. Buna baxmayaraq, qarşıdan gələn qış mövsümündə rayonu gözləyən mhasirə və bundan yarana biləcək arclıq qorxusunın qarşısı alındı. Rayon yanacaq, ərzaq, gündəlik tələbat malları və digər məhsullar məhz bu yolla daşınırdı…
Əvəz Şükürov həyatının bütün döənmlərində Kəlbəcərin sosial-iqtisadi inkişafında var qüvvəsini, əzmini, iradəsini, qətiyyətini əsirgəməyən bir ziyalı, rəhbər, ağsaqqal kimi xatırlanır. Torpaqlarımızın yağılardan müdafiəsində ayıq-sayıq müdafiəçiyə çevrilmiş ata buy olda igid, cəsur, təəssübkeş bir oğul itirdi, daha doğrusu, Vətənə qurban verdi – Şahlar Şükürov adlı, qəhrəman obrazlı. 1990-cı il iyul ayının 11-də ermənilərin törətdikləri vəhşilik ikinci dəfə kəlbəcərliləri sarsıntı. Tərtərdən gələn 100-ə qədər maşından ibarət karvanı Otaq qaya adlanan yerdə ermənilərin psqusuna düşdü. Karvan güllə-baran edildi. Minalanmış yolu özü açıb karvanı xilas edən Şahlar Şükürov Dədə Şəmşirin qaragöz balası Çimnaz xanımla həmin gün şirin canlarından keçdilər.
O gündən dağ-daş, ana-bacılarımız Şahlara və Çimnaz xanıma yas saxladı. Dili bayatılı nənələr fəryad qopardılar:
Bülbülü gül ağladı,
Saranı sel ağladı.
Şahlarla Çimnazı
Bir ağır el ağladı.
Onlar qəfil vuruldu,
Qədəmləri yoruldu.
Dəlidağ nərə çəkdi,
Hikkəsindən yarıldı.
Xəyanətdən güllə dəydi
Elin Şahlar balasına.
Qızıl qanı «Qisas!» yazdı
Meşənin göy talasına.
Əvəz dayı bu itkidən sarsılmadı:
-Kişilər ağlamaz,-dedi bu dərdə tablaşmayanlara. Amma gecələr Şahların məzarı üstünə gedib igid, qəhrəman balasını oxşadı, qoymadı qızları – Məxmər, Elmira, Arzu, oğlanları Maliklə Adil həkim ağlasınlar. Dərdini qoşalaşdırıb ürəyinə sıxdı.
…1995-ci ilin iyun ayı idi. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun da örnək ömründən söz açan «Dağların sinə dağı» kitabım bir il idi ki, çapdan buraxılmışdı. Amma Əvəz dayının bu kitabın hazırlanıb çapdan çıxmasından xəbəri yox idi. Ehtiyat eləmişdim ki, yaralı qəlbinə toxuna bilərəm. Həm də ki, onun o zamanlar vaxtı hardaydı ki, mənimlə oturub şəhid balasından, qəhrəman oğlundan danışsın ki, mən də yazım. Ona görə əd onsuz yazmışdım, sadəcə, eşitdiklərimi və zhadisənin şahidi kimi söz açmışdm həmin yazıda. Həm də kitab məhz Şahların ağısı ilə açılrdı, sanki kitabın ön sözü idi.
Kitabı oxuyub məni rayon icra hakimiyətinə çağırmışdı. Doğrusu, mən də digələri kimi, bu çağırışıa bir qədər təəccüblü və həm də tğəbii ki, məsuliyyətli yanaşdım. Görüşdük. Özünəməxsus səsi və ağıry erişi ilə qalxıb məni qınadı:
-Deyəsən, məni yaxşı tanımırsan?!
Hansısa bir qəbahət etdiyimi düşündüyümdən, dərhal cavab verə bilmədim. İçimdə bir fırtına baş qaldırırdı. Yəqin ki, Şahlar barəsinəd yazdıqlarım xoşuna gəlməyib. Axı, ailədən xəbərsiz yazmışdım. Fikir məni aparmışdı.
Amiranə səsi məni bu həyacandan ayırdı:
-Bala, çox sağ ol ki, Kəlbəcərin şəhidləri haqqnıda bir kitab yazıb, həm də çap elətdirmisən. Bəs məni niyə saymamısan?! Niyə mənə deməmisən?!
Qorxu, həyacan və xəcalət təri məni basmışdı. Nə deyəcəyəimi bilmirdim. Məni bu vəziyyətdən yenə də onun ipək kələfinə dönmüş (inanılası deyil-M.N.) səsi qurtardı:
-Şahlar haqqında da yazmısan, oxudum. Məni hələ-hələ hansısa bir yazı, ya da qəfil hadisə kövrəltməyib, amma sənin qələmin… Nə ağrı-acılı yazırsan? Sağ ol ki, el-obamızın təəssübünü belə çəkirsən. Əhsən! De görüm rayonda kimlərdənsən?
-Otaqlıdanam.
-Mehdiyev Hacıbabagillərdənsən?
-Bəli, anam o nəsildən, atam isə prokuror Nəbi Quliyevin maması oğludur.
-Hmmm.. Məşədi Atakişilərdənsən deməli. Deyirmə axı, əsli ho! Ağıllı ol, böyük-kiçik yeri bilin. Bir iş görəndə məsləhətləşmək lazımdır. Mənə Eldar Həsənov demişdi. Bir də belə iş görəndə dayınla da məsləhətləş.
Lal-dinməz üzünə baxdım. Sanki zabitəli səsinə öyrəşdiyimiz Əvəz dayı deyildi, oğul itkisindən sinəsi dağlanmış, bir qələm sahibinə ehtiyası olan şəhid atası idi o dağ boyda kişi. Zahirən ağlamırdı, qürurunu, əzəmətini, vüqarını saxlamaq üçün göz yaşları qəlbinə süzüldü.
Bax, ilk dəfə idi ki, mən Əəvz dayının daxili aləmini görürdüm. Tamamilə təzadlı iki obraz qarşısında qalmışdım.
Xatirimə Kəlbəcərin mühasirə illərində «Pravda» kolxozunda şadidi olduğum bir hadisə düşmüşdü. Kolxozun qış qayğıları barədə «Yenilik» qəzetinə məqalə hazırlamaq üçün Qənifə xanım Səmədova ilə birlikdə (Famil Hüseyn oğlunun «Villis»ində, çünki Famil də redaksiaynın fotomüxbiri idi) Zülfüqarlıya getmişdik. Kolxoz idarəsinin əhyətindəki 5-6 «KamAZ» markalı maşını görüb fikirləşdik ki, aran rayonlarından yem gətirilib. Sən demə, sürücülər küləşi gətirib camaata ot qiymətinə deyil, «od qiymətinə» satırmışlar. Əvəz dayı da onların bu hərəkətlərini eşidib yükü boşaltdırııbmış koxozun ot tayalarının yanına və payladırmış camaata. Sürücülər isə kolxoz sədrindən «öz paylarını» alırmışlar.
Sədrin zəhmli səsi bizi də silkələmişdi:
-Kişiliyiniz çatırsa, Kəlbəcər-Ağdərə yolunu açın ey, Laçın yolu ilə gedib arandan otu, samanı gətirib camaata od qiymətinə satmayın! Erməni nə kəsdi ki, ondan qorxub yolunuzu dağ-daşdan salırsınız?!
Bəli, ermənilər Əvəz dayıdan çox qorxurdular. Ona görə də ona Şahlar kimi bir oğulun sinə dağını vurdular.
Əvəz Şükürov Kəlbləcərin azad edilməsi üçün 1994-cü ilin yanvar-fevral aylarında keçirilən «Murovdağ əməliyyatı»nda rayonun 2 kilometrliyinədək getmişdi. Məkrli düşmən onun bu planını pozmaq üçün «sapı özümüzdən olan baltalar»dan istifadə etdi. Bundan sonra o, özünə yer tapa bilmirdi.
Əvəz dayını əymək olmazdı, amma torpq itkisi, Şahlar yanğısı, yurd, el-oba ayrılığı onun əzəmətli qəddini əyməsə də, palıd kimi sındırdı. Yüz illərin, min illərin, əsrlərin yaşıdı palıd da yıxılanda şaqqıltısı meşəni lərəzyə salır. Əvəz dayı bax belə yıxıldı: yatmadı, yorğan-döşəyə düşüb gözləri baxa-baxa ərimədi.O, ayaq üstə rəimişdi, üzülmüşdü. Ölümün də gözünə dik baxdı, düşmənə nifrətini gizlətmədiyi kimi. Qəfil aldıq bu dağdan ağır xəbəri. El-obasının sinəsi yaralıları onu Şahların müqəddəs məzarndan çox-çox uzaqlarda torpağa tapşırdılar.
Bəli, əvəzedilməz xarakteri ilə yaddaşlara yazılan Əvəz Şükürov kəlbəcərliləri üçün hə də Dəlidağ idi – vüqarlı, əzəmətli, ədyanətli..
Yerin behişt olsun, dayı! Sənin ocağından boy verənlər də o qüruru,, əzəməti, ədyanəti, dosta sədaqəti, düşmənə nifrəti qoruyub saxlayacaqlar, çünki Sənin kimi Kişinin Ata dərsini alıb, Böyük tərbiyəsini götürüblər!
Bircə arzumaz var: Tanrı bizi Kəlbəcərə qovuşdursun ki, Şahlar kimi igid hşəhidlərimizin müqəddəs məzarlarını və bir də daim ucalığını, əlçatmazlığını qoruduğun zirvələri ziyarət edək!
Dolaşıq kələfə dönmüş fikirlərimi şair və qələm dostum Yusif Hüseynin sənin ruhuna bağışladığı bir gəraylı ilə bitrir və ruhuna dualar oxuyurum:
Əvəz dayı
(Dağ qartalı hesab etdiyimiz Əvəz Şükürovun əziz xatirəsinə)
Bu dünyanın sərt üzündən
Soyub getdin, Əvəz dayı?!
Yoxsa bu dərd dənizindən
Doyub getdin, Əvəz dayı?!
Hardan alım dağı, düzü,
Həsrət, nakam qoydu bizi.
Əyilməyən qəddinizi
Əyib getdin, Əvəz dayı?!
Tərtər darda, Tutqu darda,
Laçınqaya ahu-zarda.
Kəlbəcər də intizarda,
Qoyub gtdin, Əvəz dayı?!
Torpaq dərdin, Vətən dərdin,
Şah budaqda bitən dərdin.
Yurdun kəfən-kəfən dərdin,
Geyib getdin, Əvəz dayı?!
Yqsif gördü düz sözünü,
Od kəlməni, köz sözünü.
Bu düyaya öz sözünü
Deyib getdin, Əvəz dayı.
O, ƏSL VƏTƏNDAŞ ÖMRÜ YAŞADI
İkinci yazı
M üdrik bir deyim var: «Adam var evdən gedər, Adam var eldən gedər». Amma, hər dünyasını dəyişən eldən yox, evdən gedir. Eldən getməyin özündə bir əbədiyaşarlıq var. Zamanın sərt döngələrində büdrəməyənlər Fani dünyanı dəyişəndə hamı heyfsilənir, itkinin dağdan ağır olduğunun fərqinə onda varır. Əzəməti, qürür və dəyanəti ilə 1959-68-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, 1993-cü ilin aprelindən 1994-cü ilin yanvarınadək Kəlbəcər rayon icra hakimiyyəti başçısının müavini, 1995-ci il sentyabrın sonlarınadək Kəlbəcər RİH-nin başçısı vəzifələrində, ömrünün son gülərindək isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifədə çalışmış, cəmiyyətimizə Elmira, Məxmər, Tahirə, Arzu kimi ziyalı xanımlar, Malik, Adil kimi min bir dərdin loğmanı olan həkimlər, Milli Qəhrəman, pols mayoru Şahlar Şükürov kimi övladlar bəxş etmiş el ağsaqqalı Əvəz Kərəm oğlu Şükürov da kəlbəcərsizlik həsrətinə tablaşmadı. Doğma yurda qayıtmaq, yağı tapdağında əzilən, yeraltı və yerüsüt sərvətləri talan edilən Kəlbəcərimizə qovuşmaq arzusu gözlərində qaldı onun da.
Kəlbəcərin dağ cüssəli, qartal vüqarlı bu kişisi ömrünün bütün mənalı illərini xalqına, el-obasının firavanlığına həsr edib. Əvəz Şükürovun 1967-ci ildə Kəlbəcər rayon Kənd Təsərrüfatı İstehsalat İdarəsinin rəisi vəzifəsində çalışarkən Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməsi heç də təsadüfi deyildi. Xatırladaq ki, məhz həmin il rayonun ictimai təsərrüfatlarındakı mövcud mal-qara baş sayına görə əvvəlki illərə nisbətən xeyli artmış, yem tədarükü faiz etibarı ilə görünməmiş həddə çatmışdı. Rayonun ümumi pul gəliri 1976-cı ildə 1 milyon manat idisə, 1987-88-ci illərdə bu rəqəm 20 milyon manata (rubl) çatdırılmışdı ki, burada da rayonun aqrar sahəsinin rəhbərlərinin xidmətləri xüsusi qeyd olunurdu. Kəlbəcərin o zamanlar bir neçə dəfə sosializm yarışının qalibi olmasında Əvəz Şükürovun təcrübəsi və səriştəsi müstəsna rol oynamışdır. Məhz buk imi naliyyətlərə görə sonralar rəhbərlik etdiyi «Pravda» kolxozu respublikanın «Keçici qırmızı Bayraq»ına layiq görülmüşdü. Doğma Zülfüqarlı kəndində tikdirdiyi heyvandarlıq kompleksi isə respublikada Ən iri stehsal müəssissələrindən biri idi.
Əvəz Şükürovun kənd təsərrüfatındakı xüsusi xidmətləri danılmazdır. Bununlay anaşı, o, alovlu torpaq, Vətən təəssübkeşi idi. Bu barədə 2001-ci ildə çapdan buraxılan «Kəlbəcər- Azərbaycanın qala qapısı» kitabında daha ətraflı söz açılmışdır.
AXC-Müsavat cütlüyünün birillik hakimiyyətlərinin gətirdiyi bəlalalar digər yerlərdə olduğu kimi, Kəlbəcərdə də özünü göstərdi. Əvəz Şükürov kimi təcrübəli, el-oba təəssübkeşinin vəzifədən uzaqlaşdırılaraq, təcrübəsiz, səriştəsiz meydan qaragüruhçularının hakimiyyətə gətirilməsi Kəlbəcərdə də öz ağır nəticələrini Verdi. Lakin Əvəz Şükürov bu ağır illərdə də doğmalarını başsçız qoymadı. Mühasirədə yaşayan kəlbəcərlilərinin sabaha inamını bərpa etmək üçün öz təcrübə və nüfuzundan istifadə etdi. Nə yazıqlar ki, düşmən məkrli, onun arxasında duran isə imperiya xislətililər idi.
1993-cü il martın sonu, aprelin əvvəllərində doğma yurd-yuvasından didərgin düşmüş kəlbəcərlilər mühasirə illərində Əvəz Şükürovun Kəlbəcər-Laçın yolunu necə, hansı şəraitdə açdırmasını yaxşı xatırlayır.
Ağdərə-Kəlbəcər magistral yolunu bağlayanda ermənilər elə düşündülər ki, bu siyasətlə kəlbəcərliləri mühasirəyə salaraq məhv edəcəklər. Açılmış yollar isə kəlbəcərlilər üçün əhyat və yaşam yolu idi. O zamanlar «Pravda» kolxozunun sədri vəzifəsində çalışsa da, Əvəz Şükürov rayon rəhbəri səviyyəsində saylır və sözü keçirdi.
1988-ci il aprelin 24-də Kəlbəcər-Laçın yolunun açılmasına başlaanda çoxları inana bilmirdi ki, cəmi bir neçə aydans sonra bu dağ cığırlarndan maşın karvanları keçəcək və Kəlbəcəri aran elləri ilə birləşdirəcək.
Əvəz Şükürov mənalı həyatının bütün dönəmlərində Kəlbəcərin sosial-iqtisadi inkişafında var qüvvəsini, əzmini, iradəsini, qətiyyətilə təsdiqəlyən bir ağsaqqal zialı kimi xatırlanır.
O, həm də Milli qəhrəman atasıdır. Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov da atası kimi, Vətənə əsl vətəndaş oldu. Ağədərədə məskunlaşmış ermənilər tərəfindən minalanmış Ağdərə-Kəlbəcər magistral yolunu öz canı və Qanı ilə açaraq, yüzdən artıq maşından ibarət karvanın Otaqqaya adlanan yerdə minalanmış ərazidən keçərkən məh olmasının qarşısını almışdı.
Əvəz Şükürovdan qorxan ermənilər onu başqa cür əyə, sındıra bilməzdi. Oğlunun amansız ölümü də onun qürurunu sındıra bilməmişdi. Vətənə Şahlar Şükürov kimi qəhrəman bir oğul verdiyi üçün o, həmişə qürurlu görünrdü və əslində, onun övladlarının hər biri doğma yurd-yuva, torpaq üçün canından hər keçəmyə hazır olduqnlarını təsdiqləmişdilər. Çalışdıqları sahələrdə onların şərəfli əməyi daim yüksək qiymətləndirilmişdir. Ziyalı bir ailənin başçısı kimi də Əvəz Şükürov fəxr ediləsi ağsaqqal, başbilən kimi sayıldı-seçildi.
O, bu dünyaya öz sözünü deyib getdi.
Yerin behişt olsun, Əvəz dayı, sənin ocağından pöhrələyənlər də o qüruru, əzəmət və dəyanəti, sədaqəti, nəhayət, düşmənə nifrəti ilə seçilirlər. Bu hisslər isə bizim silahımız və cürətimizdir. Bununla silahlanıb, torpaqlarmızı işğalçılardan azad edəcək, Ali Baş Komandanımızın əmrinə bir əsgər kimi hazır olan doğma kəlbəcərlilərinin Kəlbəcəri qəlbində yaşatdıqları kimi, Səni də unutmayacaqlar, çünki sənin buna haqqın çatır!


09:18 25.12.2014