KANAL24.AZ
Az Iw En Ru

Diyarbəkirdə ermənilərin Türk-Kürd qardaşlığına qarşı əməllərinin iç üzü açıldı

Diyarbəkirdə ermənilərin Türk-Kürd qardaşlığına qarşı əməllərinin iç üzü açıldı

Tayqulaq erməni Andranik kürdəsili Halil Bişarı öldürərək necə “paşa” oldu?

 Dos., Dr. Faiq Ələkbərov (Qəzənfəroğlu)

 

     Bu günlərdə, yəni 18-20 dekabr 2014 tarixlərində Türkiyənin Diyarbəkir şəhərinin Dicle Üniversitetində düzənlənən “Köçün 100-cü ildönümündə Osmanlının son dövründəki üsyanlar” ((“Tehcirin 100 yılında Osmanlının son dönemindeki isyanlar”) mövzusunda beynəlxalq simpozium əslində bundan iki ay öncə-oktyabrda baş tutmalı idi. Ancaq oktyabrda Türkiyənin bu bölgəsində Kobani bəhanəsi ilə baş verən məlum olaylara görə həmin simpozium təxirə salındı. Tədbir iştirakçıları Kobaniyi bəhanə edərək Diyarbəkirdə baş verənlərə görə bu addımı atdıqlarını yazdılar. Ancaq mən həmin zamanda da simpoziumun baş tutmasını Allahdan diləyərdim.Çünki mənim üçün bütün hallarda Diyarbəkirdə bir simpoziuma qatılmaq və məruzə ilə çıxış etmək çox rahatdır. Yəni dünyanın istənilən yerində, o cümlədən doğma vətənimiz olan Diyarbəkirdə baş verən olayların bir elm adamına təsiri normal olmalıdır. Başqa sözlə desək, elm adamı bütün şəraitlərdə vəzifəsini yerinə yetirməyi bacarmalıdır. Bu baxımdan Diyarbəkirdə keçirilən simpoziuma hansısa araqarışdıranlara görə qatılmamağı mənasız sayırdım. Hətta, məlum olaylardan dolayı bir çox tanışlarım Diyarbəkirə getmək inadıma və istəyimə təəccüblə yanaşırdılar. Amma mən və bir neçə məsləkdaşım (AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, dos., dr. Faiq Ələkbərov-yazının müəllifi, AMEA Tarix İnstitutunun b. e. i., dos., dr. Dilavər Əzimli və AMEA Şərqşünaslıq İnstitutunun b. e. i., dos., dr. Cavid Qsımlı) bir qədər gec də olsa baş tutan simpoziuma qatılmaq üçün dekabrın 17-də təyyarə ilə Bakıdan İstanbula, İstanbuldan da Diyarbəkirə yol aldıq. Diyarbəkir torpağına ayaq basdığımız andan öz Vətənimizdə, öz dövlətimizdə olmağımıza hamımız qeyd-şərtsiz inanırdıq. Öncəlliklə, Diyarbəkirin Orta çağda mövcud olmuş Azərbaycan-Ağqoyunlu Türk dövlətinin başkəndi olması bizim üçün qürur qaynağı idi. Dekabrın 18-də simpozumda Azərbaycandan, Makedoniyadan, Türkiyənin müxtəlif elm müəssisələrindən gələn alimlərlə yanaşı, Dicle Üniversiteti rektoru Ayşegül Jale Saraç, Diyarbakır valisi Hüseyin Aksoy və çox sayda universitet tələbələri iştirak etdilər. Simpozium Düzənləmə Kurulu başkanı prof. Sabri Eyigün, Düzənləmə Kurulu başkan yardımçısı doç.dr. Mehmet Karataş, Dicle Üniversitesi rektoru, prof. Ayşegül Jale Saraç, Türk Tarih Kurumu başqanvəkili prof. Mehmet Ali Beyhan və Diyarbəkir valisi Hüseyin Aksoyun açılış danışmaları ilə başladı. Simpoziumun ilk oturumunda Rotterdam İslam Unverstetinin rektoru, professor Ahmet Akgündüz “Soykırım iddiaları ve 1915 Tarihli Techir Kararnamesi” mövzusunda çıxış etdi. A.Akgündüz öncə dedi ki, birincisi erməni məsələsiylə baglı “deportation”, “exile”, “genoside”, “təhcir”, “holocaust” aydınlıq gətirilməlidir. Çünki İslam hüququna xas terminler olan “təhcir” və “cela” kəlimləriylə “genoside” və “holocaust” terminləri qəsdən birbirinə qarıştırlmışdır. Ona görə, Osmanlı dövlətinin Hz. Peyğəmbərin Mədinədən yəhudiləri Kuranın əmriylə zorla başqa bir Ərəb yarımadası şəhərinə sürgün etməsi əsas alınaraq yapılan və tamamən ölkə içi sürgün demək olan təhcir və cela ilə Birləşmiş Millətlərin suç saydığı soyqırım demək olan “genoside”,və “holocaust” ayrı-ayrı terminlərdir: “Halbuki Osmanlı dövləti tarix boyunca cəmiyyət yararı gərəktirdiyi zaman bəzi Türkmən, Ərəb və Kürd qəbilələrini də məcburi şəkildə bir yerdən başqa yerə köçürmüşdür. Amma avropalılar və ermənilərdən bir çoxu təhcirin və ya məcburi köçürülmənin nə demək olduğunu bilmələrinə rəğmən, siyasi olaraq dəstəklədikləri ermənilər leyhinə “genoside” kəliməsini israrla “Erməni soyqırımı” tərzində ədəbiyyata keçirməyə çalışmışlardır”. Akgündüz məruzəsində bildirdi ki, ikincisi ermənilərin iddialarını isbat edəcək dəlilllər məsələsində anlaşmamaktayız: “Türkiyə bütün imkanlarıyla Osmanlə arxivlərini açdığı, 1915- den sonra qurulan uluslararsı məhkəmələrin və komissiyaların bütün verilərini ortaya qoyduğu və hətta bu mövzuda İngilis, Rus və ABŞ arxivlərini də dövrəyə soxduğu halda, ermənilər və onları dəstəkləyənlər Ermənistandakı arxivləri açmadıqları kimi, ermənilərin müsəlmanlara uyğuladığı qətliam rəsimlərini və sənədlərini tam tərs qayə ilə dünyaya təqdin etməyə davam edirlər. Bu mövzuda ən bəsit misal erməni əhalisinin sayı ilə əlaqəli araşdırmalardır. Bir çox araşdırmaçının orijinal qaynaqlara enərək ortaya qoyduqları sənədlər erməni əhalisinin bütün Osmanlı dövlətində 1.300.000 keçmədiyini ortaya qoyduğu halda, hələ də 1,5 ilə 2 milyon erməninin qətl edildiyi iddialarını irəli sürməyə davam etməkdədirlər”. Akgündüzə görə, erməni məsələsi sadəcə, Türk-erməni problemi deyildir. 1915-ci il olayları və ondan öncəki dövrdə ermənilərin qətliamları bütüm müsəlmanlara (türk, kürd, ərəb vəb.) qarşı olmuşdur. Bu anlamda bir çox ərəb aydınlarının ermənilərə uyaraq türklərin erməniləri qətl etməsi barədə yazdıqları da gerçək deyildir. Erməni məsələsinin bu cür qoyuluşunda isə Qərb dövlətləri və onların ideoloqları mühüm rol oynamışlar. Qərblilər ərəblərələ yanaşı, kürdləri də türklərə qarşı qoymağa çalışmşlar. Kürdlərin ermənilərələ eyni irqdən olduğu irəli sürülərək etnik kökənə dayalı ortaq bir düşmən yürütlüməkdədir. Bunu da erməni əsilli, amma kürdcə danışan insanlar etməkdədir. Halbuki ermənilər Qərbin və Rusiyanin dəstəyilə həmin olaylarda 10 minlərlə türklərlə yanaşı, kürdləri də qətl etmişdir. Onun sözlərinə görə, erməniləri Osmanlı torpaqları işçində bir yerdən başqa yerə köçürməyə möcbur olan hökümət onlara hər cür şərait yaratmışlar. Bu baxımdan professor dəfələrlə qeyd etdi ki, övladları ermənilərin necə və hansı şəraitdə köçürülməsi həqiqətini öyrəndikdən sonra, onların da belə bir köçürülməyə məruz qalmasının ancaq xoşbəxtlik ola biləcəyini vurğulayıblar. Yəni əslində bu köç ermənilərin işinə daha çox yaramışdır. Günün ikinci yarısında növbəti oturuma başqanlıq edən prof. dr. İbrahim Ethem Atnur ilk olaraq sözü məruzə etmək üçün AMEA Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, dos., dr. Faiq Ələkbərova verdi. O, “Osmanlı türklərinin tənəzzülündə qərb milliyətçiliyinin rolu” mövzusunda məruzəsində bildirdi ki, ən azı iki əsrdir Türk-İslam düşüncəsinin dünya çapında assimilyasiya olunması üçün bir savaş gedir: “Bu savaşı aparan qüvvələr Avropa və Amerika başda olmaqla, hər şeydən öncə Türk düşüncə sistemində Türk tarixini dəyişdirmə yönündə ciddi işlər görmüşlər. Çünki bir millətin-ulusun varlığı ilk növbədə, onun tarixi ilə bağlıdır. Tarix elə bir anlamdır ki, orada bir millətin milli dəyərləri, mədəniyyəti, kültürü, törələri, yüksəlişi və enişi, bir sözlə hər nəsnə vardır. Hər bir millətin tarix fəlsəfəsi o millətin keçmiş təcrübələri olmaqla yanaşı, eyni zamanda milli prinsiplərinin, milli şüurunun da arxividir. Həmişə o millətlər eyni dairə üzərində fırlanan zaman oxunda irəliləmə və gəriləmələrə rəğmən var oldular ki, yeddi nəsil, sonra daha yeddi nəsil öncə baş vərənləri heç unutmadılar. Amma son iki əsrdə nəinki 1000 il bundan öncə baş vərən olayları, hətta dünən yazılan tarixi tamamilə başqa bir şəkildə, formada şüurlarımıza yeritdilər. Bunu elə asanlıqla yapdılar ki, belə desək ruhumuz da incimədi”. F.Ələkbərov daha sonra qeyd etdi ki, xaçlı səfərləri ilə İslam-Türk sivilizasiyasını yenə bilməyən Qərb birliyi, 20-ci əsrin əvvəllərində birmənalı şəkildə şüurlarımızı fəth edib savaş meydanlarında daima uduzduqları müsəlmanları, türkləri fikir və texnoloji meydanlarında məğlub duruma gətirdilər. Beləliklə, 17-18-ci əsrlərə qədər dünyaya meydan oxuyan türklər-müsəlmanlar artıq öz yerini Qərbə verməli oldu. Hətta, 20-ci əsrin əvvəllərində Osmanlının çöküşü sırasında türklər tamamilə məhv olmamaq üçün Qərb dəyərlərinə müraciət etmək zorunda qaldı: “Bundan sui-istifadə edən Qərb aydınları da çalışmışlar ki, “qərbləşmək” ideolojisi ilə şüurlarına nifaq toxumu səpilmiş türkləri tamamilə özlərinə tərəf çəksinlər. Yəni Türk millətini qərblilərin təbrincə desək, mühafizəkar İslamdan birdəfəlik qoparıb “irəliçi” xristian “Qərb”ə birləşdirsinlər. Daha doğrusu, türkləri “irəliçi” xristian “Qərb”ə birləşmək hissi altında daima basqı altında saxlasınlar. Çünki bugünkü “Qərb” üçün Türkiyənin “qərbləşmə” yolunu davam etdirməsi qədər də, onun ən azı indiki durumuyla “Qərb” arealına daxil olmaması da maraqlandırır. “Qərb” aydınları açıq şəkildə yazmasalar da, türklər onların maraqlarına tam şəkildə cavab vermədiyi bir zamanca Avropa arealına daxil olmağa imkan verməyəcəklər”. Azərbaycanlı alim daha sonra məruzəsində belə bir məsələyə diqqəti çəkdi ki, “qərblilər”in türklərə qarşı bu cür davranışları əsassız deyildir. Qərblilər rusları nə qədər sevməsələr də, amma ən azı xristian olduqları üçün dünya hökmranlığını onlarla paylaşmaqdan son dərəcədə rahatsız deyillər. Bunu, 20-ci əsrdə baş verənlər, bu gün də davam edənlər açıq şəkildə ortaya qoyur. Bəlkə də, bu sözləri buddist çinlilərə də aid etmək olar. Amma iş türklərə, özəlliklə müsəlman türklərər gəlincə vəziyyət xeyli dərəcədə dəyişir. Qərblilər dünyanı türklərlə paylaşmaq istəmirlər. Burada da iki önəmli faktor var: 1) İslam dini; 2) Türklər. Xristian-Qərb dünyası üçün ikisi də qəbuledilməzdir. Onlar üçün İslam dünyası fərqli bir sivilizasiya, türklər də həmin sivilizasiyanın öncülləridir. Bu iki amil bir-birini tamamladığı üçün “qərblilər” onu yaxına buraxmaq istəmirlər. Ancaq yalnız istəməməklə iş bitmir. “Qərblilər” onlar üçün təhlükə mənbəyi olan İslam-Türk məfkurəsini bir-birindən ayırmağa da çalışırlar. Əlbəttə, mənim demək istədiyim o deyil ki, vaxtilə, yaxud da bu günün özündə “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”nı Türk millətinin nicatı kimi görənlərin hamısı yanlış yolda olublar və buna görə də onlardan imtina etmək lazımdır. Əsla. Sadəcə “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”na daxil olduğumuz ilk gündən bu günədək keçdiyimiz dövrə yenidən baxılmalı, yenidən dəyərləndirilməli olduğu qənaətindəyəm. Eyni zamanda, kimliyindən və şöhrətinin hansı səviyyəsindən asılı olmayaraq, bütün aydınlarımızın “Qərb sivilizasiyası” və “Qərb demokratiyası” ilə baglı fikirlərini yenidən təftiş etməli, irəli sürüləcək istənilən tezisi açıq müzakirəyə buraxmalıyıq. Özəllilkə, “Qərb sivilizasiyası”nın və “Qərb demokratiyası”nın sonuna gəlindiyi, yaxud da gəlinmək üzrə olduğu bir dönəmdə, hələ də oturub kimlərinsə, özəlliklə də bir “qərbli”nin bizlərə nicat yolunu göstərəcəyi düşüncəsinə son verməliyik. Üzümüzü Farabilər, Xaldunlara, Tusilər, Birunilərə vəb. çevirməliyik. Bu anlamda yeni sivilizasiyanın doğuşu ərəfəsində olması inancındayıq. Hesab edirik ki, “Qərb mədəniyyəti”, “Qərb liberal-demokratizm”i və “Qərb millətçiliyi” sözün həqiqi mənasında “qərblilərin” boynuna biçilmişdirsə, o zaman “Qərb sivilizasiyası”nın qeyri-qərblilərə heç bir aidiyyəti yoxdur. Sadəcə qeyri-qərblilər “Qərb sivilizasiyası”nın basqısından dolayı onunla təmas halındadır. Iki əsrdən çox çəkən bu təmas İslam-Türk dünyası üçün bir təhdid yaratmaqla yanaşı, yeni bir sivilizasiyanın yaranmasını da sürətləndirmişir”. F.Ələkbərovun məruzəsindən sonra prof. dr. İbrahim Ethem Atnur bildirdi ki, azərbaycanlı alimin fikirlərindən əsas diqqəti çəkən üzümüzü Qərbə, Qərb alimlərinə deyil, Şərqə, Türk-İslam alimlərinə çevirilməsi məsələsi oldu. Ona görə, doğrudan da bir çox problemlərimizin həllini Qərbdə deyil, Türk-İslam dünyasında axtarmalıyıq. Daha sonra Yüzüncü yıl Universitesindən simpoziuma qatılan dr. Nurullah Karta “XVIII-XIX. Yüzyılda Osmanlı Yönetiminde Gayr-i-Müslimlerin Hukuki ve Sosyal durumu” mövzusunda çıxış etdi. Karta bildirdi ki, bəhs etdiyi dövrdə Osmanlı da hüquq və sosial sahələrdə problemlər yaşanırdı. Amma bu dövrdə hüquqları tapdalananlar qeyri-müsəlmanlardan çox müsəlmanlar olmuşdur. Daha sonra AMEA Tarix İnstitutunun b. e. i., dos., dr. Dilavər Əzimli “Rus tarixçilərinin gözüylə Balkanlarda Osmanlıya qarşı meydana gələn üsyanlar” mövzusundaçıxış etdi. O bildirdi ki, yüz illərlə Balkan xalqları Osmanlı imperiyasının ərazisi olmaqla orada daimə əmin-amanlıq olmuşdur. Lakin XIX yüzilin sonlarından başlayaraq, XX əsrin əvvəllərində Osmanlı imperiyasında baş verən böhran o zamankı dünyanın güc mərkəzlərinə çevrilən Rusiya və İngiltərə üçün yaxşı fürsət olmuşdur. Onlar digər Avropa dövlətləri də daxil olmaqla Osmanlı ərazilərini parçalaylb İstanbulu ələ keçirməyi düşünürdülər. Lakin onlar, xüsusilə İngiltərə Rusiyanın Osmanlı ərazilərində möhkəmlənməsini istəmirdi. Bu baxımdan müvəqqəti olaraq Osmanlını dəstəkləyirdi. Amma hər iki dövlət Osmanlı ərazilərindəki azliqlar arasında təbliğat aparır onları silahlandırır və usyanlara qaldırırdılar. Bu mənda balkanlar Rusiyaya daha yaxın idi. XX əsrin əvvəllərində balkanlarda baş qaldıran iftat millətçilik qanlı döyüşlərə çevrildi. Bolqarlar rusların əli ilə bir gündə 30 min türkü qətlə yetirdilər. Bu cür qətliamlar bütün balkanları bürüdü. Məqalədə bütün bu məsələlərə nəzər yetirilir və tarixdən nəticə çıxarmaq üçün tövsiyyələr verilir. Bu gün də eyni siyasət davam edir. Söhbət türk-islam birliyinə qarşı həyata keçirilən layihələrdən gedir. Oturumun sonunda məruzəçilərə bəzi suallar verildi. Məsələn, F.Ələkbərova Azərbaycanda yaşayan etnik azlıqlarla, onların durumları ilə bağlı sual verildi. Azərbaycanlı alim bildirdi ki, Azərbaycanda etnik azlıqlarla bağlı heç bir problem yoxdur. Yalnız bəzi kənar güclər hansısa etnik problemlər yaratmağa çalışırlar ki, bu da baş tutmur. Çünki Azərbaycanda başda türklər olmaqla bütün etniklər xöşgörü və etimad işində yaşayırlar. Hətta, bu gün təbii hüquqları tapdalanan varsa, o da etnik azlıqlar deyil, Azərbaycan türkləridir. F.Ələkbərov buna örnək kimi Azərbaycanda dövlət dilinin Türk dili deyil, Azərbaycan dili adlandırılmasını göstərdi. O bildirdi ki, 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyətinin, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın öncə dili Türk dili adlandırıldığı halda, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili kimi öz əksini tapmışdır. Əlavə olaraq Dilavər Əzimli də bildirdi ki, Azərbaycanda etnik azlıqlarla bağlı heç bir problem yoxdur. Doç. dr. Mehmet Karataşın başqanlığı ilə keçirilən növbəti oturumda isə prof. dr. Sabri Eyigün “Franz Werfelsin “Musa dağında kırk gün” kitabı” adlı məruzəsində erməni uydurmalarına aydınlıq gətirdi. Məlum oldu ki, yəhudi əsilli müəllif kitabda 1915-ci ildə ermənilərin Hatay əyalətinin Musa dağı adlanan yerdə Osmanlıya qarşı üsyanından bəhs etmişdir. Amma kitabda yazılanların əksəriyyətinin gerçəkliklə heç bir əlaqəsi yoxdur. Belə ki, üsyan 53 gün sürdüyü və Avropa tərəfindən dəstəkləndiyi halda, müəllif bunları başqa cür vermişdir. Ən əsası müəllif bu kitabda erməniləri vasitə edərək, əslində yəhudilərin almanlara qarşı dirənişini əks etdirmək istəmişdir. Mimar Sinan Universtetinin təmsilçisi Eray Bayramol “Rus Belgelerinde Rusya’nın Ermeni Politikası” məruzəsində ermənilərin rusların oyuncağı olmasından bəhs etdi. Yrd. doç. dr. Hatip Yıldız isə “Yabancı ve Azınlık Okullarının Ermeni Milliyetçiliğine Etkisi: Diyarbakır Örneği” məruzəsində ermənilərin digər azınlıklara mənfi təsirindən danışdı. Simpozumda maraqla qarşılanan məruzələrdən biri də Nihat Çelikin “Sason erməni isyanında Halil Bişar ve Antranik Paşa mücadelesi” mövzusunda çıxışı oldu. Məlum oldu ki, Osmanlı dövləti Antranık adlı erməni qulduruna paşa adını verməmişdir. Belə ki, kürdəsilli Halil Bişar erməni quldurularına qarşı mübarizə apardığna görə Osmanlı dövləti tərəfindən paşa adı ilə dəyərləndirilmişdir. Tayqulaq Andranik də H.Bişarı qətl edərək ona məxsus olan təltifləri öğz adına çıxmışdır. Daha sonra yrd. doç. dr. Mustafa Çabuk “1895 Antep’teki Ermeni İsyanı ve Protestan Misyonerler”, yrd. doç. Oktay Bozan “Diyarbekir Vilayeti’nde 1895 Ermeni Olayları”, arş. gör. Abdusselam Ertekin, arş. gör. İsmail Ayhan “Osmanlı Son Döneminde Kürt-Ermeni İlişkileri (1898-1908)” mövzularında çıxış etdikdən sonar simpoziumun ilk günü başa çatdı.


00:17 24.12.2014