KANAL24.AZ
Az Iw En Ru

Nobel Sülh mükafatı laureatlarının adları açıqlanıb


2014-cü ildə Nobel sülh mükafatına 17 yaşlı hüquq müdafiəçisi Malala Yusifzay (Pakistan) və 60 yaşlı fəal Kaylaş Satyarti (Hindistan) layiq görülüblər.
Bu barədə oktyabrın 10-da Osloda Norveç Nobel Komitəsinin sədri Turbörn Yaqland məlumat verib.
Builki siyahıda 278 namizədin, o cümlədən 47 ictimai və beynəlxalq qurumun adı yer alıb.
2014-cü ildə Nobel Sülh mükafatı 8 milyon İsveç kronu (təqribən 1 milyon dollar) təşkil edəcək.
Qeyd edək ki, Nobel mükafatı laureatlarına mükafatların təqdim edilməsi mərasimi dekabrın 10-na nəzərdə tutulub.


02:48 11.10.2014