KANAL24.AZ
Az Iw En Ru

Bakıda maskalı şəxslər bankomatı partlatmazdan əvvəl mühafizəçinin əl-qolunu bağlayıblar

Bakının Bilgəh qəsəbəsində Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, hadisə bu gecə qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.

Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri, həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər.

Şahidlərin daha sonra Trend-ə bildirdiklərinə görə, maskalı şəxslər bankomatı partlatmazdan öncə bankomatın yaxınlığındakı ticarət obyektlərini mühafizə edən şəxsin əl-qolunu bağlayaraq hadisə yerindən uzaqlaşdırıblar. Bundan sonra isə bankomatı partladıblar.

Partlayış nəticəsində ətrafdakı avtomobillərə və ticarət obyektlərinə maddi ziyan dəyib.


19:32 10.10.2014