KANAL24.AZ
Az Iw En Ru

Serj Sərkisyana "Bakı-2015" çağırışı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin (AOK) rəhbəri Patrik Hikki Ermənistana səfər edib.

Qol.Az-ın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, onlar ölkənin prezidenti Serj Sərkisyanla görüş keçiriblər.

Görüşdə Hikki gələn il Bakıda təşkil olunacaq I Avropa Oyunlarına hazırlıq işlərindən danışıb. Bax isə bildirib ki, BOK və AOK-un Ermənistanın görülən işlərdən razı qalması və Azərbaycanda erməni idmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün səylərini göstərəcəklər. 

Olimpiya Komitələrinin rəhbərləri Ermənistan idmançılarını Bakıdakı yarışda iştiraka çağırıblar.

Xatırladaq ki, Azərbaycan daha öncə Ermənistan da daxil olmaqla turnirdə iştirak edəcək bütün ölkələrin idmançılarının təhlükəsizliyinin təmin ediləcəyini bəyan edib.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.


22:27 09.10.2014
Xəbər lenti
Bütün xəbərlər