"Neftçi”nin aparıcı oyunçularından olan Julius Vobay klubun düşərgəsini tərk edib.
Kanal24.az-;n xəbərinə görə, buna səbəb təcrübəli yarımmüdafiəçinin Syerra-Leone millisindən dəvət almasıdır.
Vobay Bakıya oktyabrın 15-də qayıdacaq.
Xatırladaq ki, komandnın üzvlərindən Emil Balayev, Elvin Yunuszadə, Elnur Allahverdiyev və Araz Abdullayev hazırda Azərbaycan yığmasının heyətindədir. Bundan əlavə braziliyalı yarımmüdafiəçi Flavinyo müalicəsini davam etdirmək üçün İtaliyaya gedib.