KANAL24.AZ
Az Iw En Ru

Millət Vəkili ABŞ-da AIPAC-ın rəhbərliyi ilə görüşüb

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AIPAC-in (İctimai əlaqələr üzrə Amerika-İsrail Komitəsi) Kaliforniya ştat rəhbərliyi ilə görüşüb. 

           

Kanal24.az xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ və İsrail münasibətləri, Ermənistanla münaqişənin həlli problemləri müzakirə mövzusu olub. 

Xatırladaq ki, Asim Mollazadə oktyabrın 11-də Kaliforniyada San-Dieqo şəhər teatrında (San Diego Civic Theater) dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerasında iştirak edəcək. Sözügedən tamaşa Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə səhnələşdirilib.


18:01 09.10.2014