KANAL24.AZ
Az Iw En Ru

Təbəssüm, gülüş- ürəyin ən əsas dərmanıdır

Bu elmi kəşf üçün Nobel mükafatı alan alim Stiven Menhu sübut etmişdir ki, insan gülərkən üz əzələlərindən baş beyinə impulslar gedir, bu isə sinir sisteminin fəaliyyətinə müsbət təsir edir və onu daha da yaxşılaşdırır, ən əsası isə gərginliyi azaldır. 

Kardiologiya sahəsində aparılan tədqiqatlar göstərir  ki, gülüş ürəyin fəaliyyətinə güclü təsir göstərir və insanları ürək tutmalarından qoruyur. Ürək xəstəliyindən əziyyət çəkən insanlara, alimlər sağlam şəxslərdən daha çox gülməyi məsləhət görür.

Stiven tədqiqatları 400 könüllü insan üzərində aparmışdı, hansı ki onların yarısı tamamilə sağlam, digər yarısı isə ürək xəstəliyi olan və ya infarkt keçirmiş insanlar idi. Bütün iştirakçılar xüsusi test-sorğulardan keçirilibər. İlk olaraq sorğularda  insanlardan nə qədərinin, hansı zamanlarda və şəraitdə güldüyü soruşulub. İkinci mərhələdə insanların psixoloji vəziyyəti müəyyən edilib. Üçüncü mərhələdə isə insanların düşmənçilik və qəzəb hissləri qiymətləndirilib. Bu tədqiqi sorğulamanın nəticəsi isə heyrətləndirici olub. Belə ki, ürək xəstəliyindən əziyyət çəkənlər sağlam insanlarla müqayisədə çox az gülürlər, hətta gülməli hallarda belə. Bundan əlavə ürək xəstəliyi olan insanların daha hirsli, qəzəbli olduğu, tez incidikləri, daha çox narazılıq etdikləri, öz xarakterini gizlətməyə çalışdıqları müəyyən və hətta özlərinə qapalı olduqları müəyyən edilmişdir.

Odur ki unutmayın, əgər siz daha çox güləcəksinizsə, o zaman sizin ürəyiniz daha gözəl işləyəcək  və ürək xəstəliklərinə tutulma riski daha da azalacaq.

 

                                                                                                              Habil Qafarlı

                                                                                                                "Kanal24"


05:13 09.10.2014