KANAL24.AZ
Az Iw En Ru

İtaliya – Azərbaycan oyununu türkiyəli hakimlər idarə edəcək

Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Palermo şəhərində “Renzo Barbera” stadionunda keçiriləcək İtaliya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Kanal24.az xəbər verir ki, oyunu türkiyəli baş hakim Hüseyn Göçek idarə edəcək. Ona həmyerliləri Mustafa Əmrə Eyisoy, Orkun Aktaş və Serkan Ok kömək edəcəklər. Köməkçi hakim funksiyasını isə Mete Kalkavan və Hakan Ceylan yerinə yetirəcəklər.
Görüşün hakim-inspektorü Alan Freland (Şotlandiya), UEFA nümayəndəsi isə Tis Roland (Belçika) olacaqdır.


02:24 09.10.2014