KANAL24.AZ
Az Iw En Ru

“Azərkosmos” türk kanallarının yayım tezliyinin dəyişdiyini elan edib

Kanal24 xəbər verir ki, “Azərkosmos” ASC türk kanallarının yayım tezliyinin dəyişdiyini elan edib.
“Azərkosmos”dan AzərTAc-a verilən məlumata görə, artıq tamaşaçılar Türkiyənin “Kanal D”, “Star TV”, “TV8 Int”, “Show TV”,”ATV”, “NTV Int”, “Can Azerbaycan TV”, “Zuhur TV” kanallarını 11015 H 30000 tezliyində izləyə bilərlər.
Qeyd edək ki, “Azərkosmos” ASC tərəfindən rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətləri göstərilməsi üçün peyk tutumları təqdim olunur. Ötən ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.


02:20 09.10.2014