KANAL24.AZ
Az Iw En Ru

"Barselona" La Liqada oynayacaq?

"Barselona" və "Espanyol" La Liqadan ayrıla bilər.

Kanal24-ün xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, əgər İspaniya ərazisi olan Kataloniya öz müstəqilliyini elan edərsə, adları çəkilən klublar La Liqada iştirak edə bilməyəcəklər.

İspaniya Futbol Federasiyasının prezidenti Xavyer Tabes deyib ki, yalnız Andorradan başqa, digər ölkə və əyalətlərin komandalarının La Liqada oynamasına qanunlar icazə vermir: 

"Buna görə də Kataloniya müstəqilliyini elan edəcəyi təqdirdə, "Barselona" və "Espanyol" La Liqada oynamaq hüququndan məhrum olacaqlar.

Tebes onu da bildirib ki, "Barsa"nın La Liqada oynaması üçün İspaniya parlamenti qanunlarda dəyişiklik etməlidir.


19:17 08.10.2014
Xəbər lenti
Bütün xəbərlər